Bank Of Baku

Ukraynada azərbaycanlı gənclərin forumu keçiriləcək

Ukraynada azərbaycanlı gənclərin forumu keçiriləcək
# 12 aprel 2010 13:51 (UTC +04:00)
Bakı – APA. Aprelin 24-də Ukraynanın Dnepropetrovsk şəhərində bu ölkədəki azərbaycanlı gənclərin forumu keçiriləcək. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Ukrayna Azərbaycanlıları Konqresinin sədri Akif Gülməmmədov bildirib ki, forumun məqsədi Ukraynada yaşayan azərbaycanlı gəncləri bir araya gətirmək, onların diaspor işindəki fəallığını artırmaq, Ukraynadakı azərbaycanlı gənclərin qurultayına hazırlaşmaq və digər məsələləri müzakirə etməkdir.
Foruma Ukraynanın bütün bölgələrini təmsil edən gənclər təşkilatlarının nümayəndələri qatılacaqlar. Toplantıda bu ölkədəki azərbaycanlı gənclərin fəaliyyətinə dair konsepsiya qəbul olunacaq, əlaqələndirmə şurası yaradılacaq. Qurultayda isə Ukrayna Azərbaycanlıları Konqresinin nəzdində Ukrayna Azərbaycanlı Gənclər Təşkilatı yaradılacaq, eyni zamanda Dünya Azərbaycanlı Gənclərin Forumuna nümayəndələr seçiləcək.
Akif Gülməmmədov deyib ki, forumun məhz aprelin 24-də - ermənilərin bütün dünyada uydurma soyqırımın ildönümünü qeyd etdikləri günə salınması təsadüfi deyil. Tədbirdə uydurma “erməni soyqırımı”nı pisləyən və bu tarixin dünyada rəsmiləşdirilməsinin əleyhinə bəyanat qəbul olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR