Bank Of Baku

Almaniyada uydurma “erməni soyqırımı”ndan bəhs edən filmin nümayişinə etiraz olaraq aksiya keçirilib - FOTOSESSİYA

Almaniyada uydurma “erməni soyqırımı”ndan bəhs edən filmin nümayişinə etiraz olaraq aksiya keçirilib - <font color=red>FOTOSESSİYA</font>
# 14 aprel 2010 12:19 (UTC +04:00)
Qeyd edək ki, qondarma “erməni soyqırımı”na həsr olunmuş bu filmdə ermənilərin bütün dünyaya söylədikləri yalan və uydurmaların gerçək olduğu göstərilir. 2009-2010-cu illərdə çəkilmiş 90 dəqiqəlik film bu günlərdə Berlindəki “Vavilon” kinoteatrında da nümayiş etdirilib. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA_ya verilən məlumata görə, bu filmi daha geniş auditoriyaya göstərən teleşirkətin binası qarşısında keçirilən etiraz aksiyasında Almaniyadakı Türk və Azərbaycan diasporunun rəhbərləri, fəalları iştirak ediblər. Türk diasporu adından “Rheinland-Pfalz Türk Toplumu”nun başqanı Neset Hizir SWR televiziyasının təmsilçisi Dr.Simone Sanftenbergə etiraz məktubu təqdim edib. Avropa Azərbaycanlıları Konqresinin prezidenti Başar Kömür isə Azərbaycan diasporu adından hazırlanmış etiraz məktubunu ARD və NDR televiziyalarının rəhbərliyinə çatdırmaq üçün xanım Sanftenbergə verib. Aksiyadan sonra keçirilmiş mətbuat konfransında Almaniyadakı Türk və Azərbaycan icmaları adından çıxış edən Neset Hizir hər iki xalqın “Aghet” filminin bu ölkənin tanınmış telekanalında nümayişini etirazla qarşıladığını bildirib: “Alman xalqına yalan danışmaqla tarix yazılmaz, tarixi tarixçilər yazmalıdır. Bu problemi siyasətçilər həll edə bilməz. Xocalı soyqırımını və Qarabağ müharibəsi zamanı Azərbaycan xalqının başına gətirilən digər müsibət və qətliamları görməyənlər 95 il öncəyə aid yalanı necə görürlər?! “Aghet” filmini çəkənlər və göstərənlər xalqlar arasındakı sülhə dəstək vermirlər. Biz soyqırımı törətməmişik, soyqırımı tarix boyu ermənilər dəfələrlə Azərbaycan və türk xalqlarına qarşı həyata keçiriblər. Dünya buna göz yummamalıdır”.

Aksiyanın sonunda televiziya binasının qarşısına üzərinə ““AGHET” ƏN BÖYÜK YALAN” sözləri yazılmış qara çələng qoyulub.

Həmin gün Kölndə də bu filmin nümayişinə etiraz məqsədilə şəhərin mərkəzində yerləşən WRD telekanalının binası qarşısında aksiya keçirilib. Kölndəki mitinqi Dysburq şəhərindəki türk icmasının rəhbəri Dr. Əli Söyləməzoğlu, Vahid Azərbaycan Cəmiyyətinin rəhbəri Elxan Kərimov, eləcə də Yunus Əmrə Cəmiyyəti, Türk Qardaşlıq Cəmiyyəti təşkil edib. Aksiyada erməni yalanlarını təbliğ edən filmin nümayişini pisləyən bəyanatlar səslənib.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR