Bank Of Baku

Moskvada Rudolf İvanovun «Basqın» kitabının təqdimatı keçirilib

Moskvada Rudolf İvanovun «Basqın» kitabının təqdimatı keçirilib
# 14 aprel 2010 17:42 (UTC +04:00)
Moskva. Roman Ağayev – APA. Azərbaycanın Rusiyadakı səfirliyində Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin dəstəyilə məşhur rus tarixçi və publisisti Rudolf İvanovun «Basqın» kitabının təqdimatı keçirilib. Kitab bolşeviklərin 1920-26-cı illərdə Naxçıvandakı özbaşınalıqlarından bəhs edir.

Tədbiri açan Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu belə bir kitabın nəşrinin böyük əhəmiyyətini qeyd edib. «Sovet ideologiyasında bir çox tarixi faktlar təhrif olunurdu. Bu gün arxivlər açılır və bir çox tarixi faktlar aşkara çıxır. Bu çətin, dialektik və təbii prosesdir. Yeni nəsil artıq yeni nəzər nöqtəsindən bu prosesləri qiymətləndirəcək. Lakin bunun üçün faktiki material lazımdır. Bu kitab elə həmin material deməkdir», deyə səfir bildirib.

Kitabın müəllifi Rudolf İvanov isə bu kitab üzərində işləməyin ona əvvəllər yazdığı 29 kitab üzərində işləməkdən daha ağır gəldiyini etiraf edib. «Mən həmişə Azərbaycanın Naxçıvan adlı çiçəklənən ərazisinin tarixinə və bu gününə müraciət edəndə xoş həyəcan və məsuliyyət hissi keçirirəm», deyə İvanov bildirib.

Kitabda 1920-ci ildə daşnak Ermənistanının qoşunlarının Naxçıvanı necə xarabalığa çevirdiklərindən, bolşeviklərin özbaşınalıqlarından və digər hadisələrdən bəhs edilir. Lakin düşmənlər Naxçıvanı fəth edə bilmirlər və 1924-cü ilin fevralında diyar Azərbaycanın tərkibində Naxçıvan Muxtar Sovet Sosialist Respublikası statusunu qazanır. 1925-ci il martın sonunda ora Azərbaycan SSR-nın daxili işlər xalq komissarı Mircəfər Bağırovun sədrliyi ilə qeyri-məhdud səlahiyyətli Xüsusi komissiya göndərilir. Daha sonra müəllif xronoloji qaydada bu illər baş vermiş bütün hadisələrə və onların nəticələrinə toxunur.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR