Marneulidə Nəriman Nərimanovun 140 illiyi münasibəti ilə tədbir keçirilib - FOTOSESSİYA
APA-nın Gürcüstan bürosunun məlumatına görə, yubileydə Bakıdan gəlmiş Beynəlxalq Diaspor Mərkəzinin (BDM) rəsmiləri və Marneuli ziyalıları, dövlət adamları iştirak ediblər. Tədbir iştirakçıları Nəriman Nərimanovun Marneulidə ucaldılmış büstü önünə əklil və gül-çiçək dəstələri qoyublar. Professor Vaqif Arzumanlı N. Nərimanovun büstü önünə toplanmış şagird və müəllim kollektivlərinin qarşısında çıxış edərək Nəriman Nərimanovun Gürcüstan və Azərbaycanla bağlı tarixi xidmətlərindən söhbət açıb. Sonra tədbir Azərbaycanlıların Mədəniyyət Mərkəzində davam etdirilib. Tədbirdə Mərkəzin rəhbəri Fazil Həsənəv, tarixçi müəllim, Gürcüstan tarixçilər cəmiyyətinin üzvü Nərgiz Nəbiyeva, BDM-nın rəhbəri İsmayıl Ağayev, professor Vaqif Arzumanlı, Gürcüstan parlamentinin deputatı Azər Süleymanov, BDM-nın Avropa təmsilçisi, Çex Universitetinin professoru Azər Kərimov, Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşı Fəxri Hacıyev və başqaları çıxış edərək böyük şəxsiyyət və ictimai xadim Nəriman Nərimanovun həyatı barədə tarixin maraqlı və yaddaqalan səhifələrindən, onun Azərbaycan xalqının tarixində möhtəşəm rol oynamağından və N.Nərimanovun fəaliyyət göstərdiyi Tiflis, Borçalı mühitindən söhbət açıblar.
Tədbirin sonunda Beynəlxalq Diaspora Mərkəzi ilə Azərbaycanlıların Mədəniyyət Mərkəzi arasında əməkdaşlıq barədə Memorandum imzalanıb. Tədbir iştirakçıları qərara alıblar ki, professor Vaqif Arzumanlının və Mədəniyyət Mərkəzinin iştirakı ilə N. Nərimanov haqqında Azərbaycan və gürcü dillərində buklet hazırlansın.
Filologiya elmləri doktoru, professor Vaqif Arzumanlı APA-ya açıqlamasında bildirib ki, Nərimanov haqqında oxuduqca, onun siyasi fəaliyyətini diqqətlə öyrəndikcə, müstəqil Azərbaycanın tarixinin yeni səhifələrini öyrənmək mümkündür. «Burada bu günkü gəncliyin Nərimanova olan məhəbbətini, rəğbətini hiss edirəm. Nərimanovun fəaliyyəti o qədər böyükdür ki, ona təkcə yubiley günlərində yox, həmişə böyük diqqət ayırmaq lazımdır. Onun haqqında bilən də danışır, bilməyən də. Bu düzgün deyil. Nərimanov haqqında hər bir azərbaycanlı, hər bir ziyalı, lap gürcü olsun, rus tədqiqatçısı olsun, onun haqqında danışanda tarixi faktlara əsaslanmalıdır. Onun fəaliyyətinə ləkə gətirəcək bir tarixi səhv görmürəm. Nərimanov kimi şəxsiyyətləri zaman və məkan çərçivəsində araşdırmaq, onun fəaliyyətini zaman və məkan bucağı altında qiymətləndirmək lazımdır. Onda biz onun nəhəngliyini daha aydın görərik. Baxmayaraq ki, XI Qızıl Ordu Azərbaycanı işğal elədikdə Nərimanova demişdilər ki, bir hökumət digər hökumət ilə əvəz olunacaq. Nərimanov bu ordunun Azərbaycanı işğal etməsinə inanmırdı. O, bilsəydi ki, XI Qızıl Ordu Azərbaycanı işğal edəcək, ölümünə razı olardı, amma buna getməzdi.
Nərimanov Moskvaya getdikdən sonra Azərbaycan torpaqları yavaş-yavaş zəbt olunmağa başladı. Nərimanov Bakıda qalsaydı, Azərbaycan öz torpaqlarını itirməzdi».
«Borçalı elinin ağsaqqalları, parlament deputatları, Azərbaycan səfirliyinin nümayəndələri, Mədəniyyət Mərkəzinin nümayəndələri bizi, təşkilatımızın nümayəndələrini səmimi hisslərlə qarşıladılar. Mən burada Nərimanovun abidəsi önünə minlərlə şagirdlərin toplaşdığını gördüm. Bu böyük şəxsiyyətə hörmət gördüm. Burada məhəbbət gördüm, camaatın gözündə sevinc gördüm. Mən burada nərimansevərləri gördüm. Burada insanlar ulu öndərə nə qədər hörmət edirlərsə, Nərimanova da belə hörmət edirlər». Bu sözlər isə BDM-nın sədri İsmayıl Ağayevə məxsusdur.
Xəbər Lenti
ABŞ Venesuelada 63,7 milyard barellik neft ehtiyatlarına çıxış əldə edir
CNN: Tramp administrasiyasının Rusiya ilə əməkdaşlığı Qərbin Moskvaya təzyiqini zəiflədir
Times: Britaniyada deportasiya qərarı verilmiş 20 minə yaxın əcnəbi cinayətkar qalır
Tramp: Ukrayna ilə bağlı razılaşmaya çox yaxınıq
Sandu: Moldova Rusiya qazından tamamilə imtina edib
"Nvidia" rəhbəri casusluqda şübhəli bilinən qadınla münasibətinə görə araşdırmaya cəlb olunub
Tramp öldükdən sonra cənnətə düşəcəyinə ümid edir
Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur
Rubio Əbu-Dabi danışıqlarından gözləntiləri və əsas müzakirə mövzusunu açıqlayıb
Əbu-Dabidə keçiriləcək danışıqlarda Ukrayna nümayəndə heyətinin tərkibi məlum olub
Tramp miqrantların deportasiyası siyasətinin həddindən artıq sərt olduğunu etiraf edib
“Qalatasaray”ın keçmiş futbolçusu Cevad Prekazi vəfat edib
Tramp: İranın Xəzər dənizi vasitəsilə silah daşınmasının qarşısını almaq üçün xüsusi qrup fəaliyyətə başlayıb
Gəncədə 41 yaşlı kişi bıçaqlanıb
Almaniyada tələbələr noyabrın 20-də kütləvi tətil keçirməyi planlaşdırırlar
İstanbul ve Bursada tarixi tikililər Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb
Rusiya bir gündə Ukraynaya məxsus 50 PUA-nın vurulduğunu açıqlayıb
Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə videoçarx paylaşılıb - VİDEO
Azərbaycanda Dövlət Bayrağı Günüdür
İranın Qeşm adasında 4 partlayış baş verib
İsraildə ərəb partiyaları Ayzenkotla əməkdaşlığa hazır olduqlarını açıqlayıblar
Dublində avtomobil yeniyetmələrin üzərinə sürülüb, 8 nəfər xəsarət alıb
İran ABŞ-la təmasların dayandırılmasının səbəbini açıqlayıb
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub
Tramp: İranla genişmiqyaslı müharibənin yenidən başlaması ehtimalı azdır
ABŞ Konqresində demokratların lideri Pentaqon rəhbərinin impiçmentini dəstəkləyib
Al Arabiya: İraq nümayəndə heyəti ABŞ-ın mesajını İrana çatdırıb
Əraqçi: İran ABŞ-a Hörmüz boğazı ilə bağlı şərt qoyub
Naxçıvanda Zəfər Gününün 6 illiyi münasibətilə konsert və atəşfəşanlıq təşkil olunub
Xankəndidə Zəfər Günündə bayram konserti keçirilib - FOTO
İsrail Prezidenti Qadi Ayzenkota hökuməti formalaşdırmaq mandatı verib
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO
Hulusi Kılıç: Ərdoğan və Əliyevin Şuşadan verdiyi qardaşlıq mesajı bütün Türk dünyasının qürurudur
Misirdə sərnişin qatarlarının toqquşması nəticəsində ölənlərin sayı 7-yə çatıb - YENİLƏNİB
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatıb
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO
Türkiyə mediası: Prezident İlham Əliyev COP31 sammitində iştirak edəcək
İstanbulda “15 Temmuz” körpüsündə Azərbaycan bayrağı proyeksiya olunub
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər
Azərbaycan və Türkiyə prezidentləri Xocalı şəhərində Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO - YENİLƏNİB
Yeni Zelandiyada parlament seçkilərinin qalibi müəyyənləşməyib
Türkiyə Super Liqası: “Fənərbaxça” səfərdə böyük hesablı qələbə qazanıb
Prezident İlham Əliyevin sosial media hesablarında Türkiyə Prezidenti ilə Şuşada görüşünə dair videoçarx paylaşılıb - VİDEO
Polşada 6 nəfərin öldüyü silahlı hücum terror aktı kimi araşdırılır
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır - FOTO
İranda partlayışlar baş verib, Hörmüz boğazında gəmilərə hücum edilib - FOTO
Azərbaycan və Türkiyə prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTO - VİDEO - YENİLƏNİB
Qazaxda yük avtomobilinin sürücüsü sükan arxasında ölüb