Bank Of Baku

DAK Stokholmda 1918-ci ilin martında ermənilərin Azərbaycanda həyata keçirdikləri soyqırımına həsr olunmuş simpozium keçirib

DAK Stokholmda 1918-ci ilin martında ermənilərin Azərbaycanda həyata keçirdikləri soyqırımına həsr olunmuş simpozium keçirib
# 16 aprel 2010 16:39 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Dünya Azərbaycanlıları Konqresinin (DAK) və “Odlar Yurdu” dərnəyinin təşkilatçılığı ilə İsveçin paytaxtı Stokholmda 1918-ci ilin martında ermənilərin Azərbaycanda həyata keçirdikləri soyqırımı ilə bağlı simrozium keçirilib. DAK-ın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, tədbirdə DAK həmsədri Firidun Pərviznia, Daimi Şurasının sədri Əydər Tağızadə, millət vəkilləri Baba Tağıyev, İsveç Azərbaycan Federasiyasının sədri Səttar Sevigin və Azərbaycan diasporunun nümayəndələri iştirak edib. Millət vəkili Baba Tağıyev çıxışında ermənilərin ötən yüz ildə Azərbaycanda həyata keçirdiyi soyqırımlar barədə danışıb. O, Azərbaycanın 20 faiz torpağının erməni işğalı altında olduğunu, bir milyon insanın qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyünü deyərək, ancaq dünya ictimaiyyətinin bütün bunlara hələ də göz yummasından təəssüfləndiyini vurğulayıb.

DAK Daimi Şurasının sədri Əydər Tağızadə isə 1918-ci ildə ermənilərin Azərbaycan türklərinə qarşı soyqırımı aktlarını məhz rusların yardımı ilə, onların verdiyi silahla həyata keçirildiyini qeyd edib: “Bu gün də türk dünyasının ayağa qalxmasının, bütövləşməsinin qarşısını almağa çalışırlar”.

İsveçdə olan DAK rəhbərliyi həmçinin, İsveç parlamentində bir qrup millət vəkili ilə görüş keçiriblər. B. Tağıyev İsveç parlamentində qondarma erməni soyqırımı barədə qərar qəbul edilməsinə öz etirazını bildirib, Azərbaycan ictimaiyyətinin bu məsələdən narahat olduğunu diqqətə çatdırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR