Bank Of Baku

Azərbaycanlılar Kanada parlamentinin binası qarşısında nümayiş keçiriblər

Azərbaycanlılar Kanada parlamentinin binası qarşısında nümayiş keçiriblər
# 16 aprel 2010 22:49 (UTC +04:00)
Bakı-APA. Aprelin 16-da Kanadanın paytaxtı Ottava şəhərində Kanada parlamentinin binası qarşısında Kanadada yaşayan Azərbaycan icması tərəfindən 31 mart – azərbaycanlıların soyqırımı gününün anılması ilə əlaqədar, Ermənistanın Azərbaycana qarşı apardığı etnik təmizləmə və işğal siyasətinə qarşı nümayiş keçirilib. Bu barədə APA-ya Azərbaycanın Kanadadakı səfirliyindən məlumat verilib.

Nümayişdə XX əsr ərzində erməni millətçiləri tərəfindən azərbaycanlılara qarşı yürüdülmüş etnik təmizləmə siyasətinə və 1988-ci ildən davam edən işğala qarşı şüarlar səsləndirilib. Nümayiş iştirakçıları Ermənistan tərəfindən yürüdülən bu siyasətin dayandırılmasını tələb edərək Kanada millət vəkillərini bu məsələlərə qiymət verməyə və Ermənistana təzyiq göstərməyə çağırıblar.

Nümayiş iştirakçıları həmçinin Ermənistanın Ottavadakı səfirliyi önündə də piket keçiriblər.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR