Bank Of Baku

Türkiyə və Azərbaycan diasporunun nümayəndələri Sidneydə aksiya keçirmək istəyən ermənilərə layiqli cavab veriblər

Türkiyə və Azərbaycan diasporunun nümayəndələri Sidneydə aksiya keçirmək istəyən ermənilərə layiqli cavab veriblər
# 19 aprel 2010 10:25 (UTC +04:00)
Bakı – APA. Avstraliya Gənc Ermənilər Federasiyası adlı təşkilat uydurma “soyqırım”ın ildönümü ilə əlaqədar Türkiyənin Sidneydəki Baş Konsulluğunun qarşısında aksiya keçirməyə cəhd göstərib. APA-nın məlumatına görə, aksiyadan xəbər tutan Türkiyə və Azərbaycan diasporunun nümayəndələri Baş Konsulluğun önünə toplaşıb. Onlar əllərində Türkiyə, Azərbaycan və Avstraliya bayraqları tutaraq ingiliscə Türkiyə lehinə şüarlar qışqırıblar.

Konsulluq binasının dəmir hasarına Türkiyə bayraqları asılıb. Binanın qarşısına gələn ermənilərdən bəziləri qarışıqlıq yaradıb və polisə müqavimət göstərib. Qarışıqlıqda bəzi ermənilər bayılıb. Hadisə yerinə atlı polislər də göndərilib. Türkiyə və Azərbaycan cəmiyyətlərinin təmsilçiləri ermənilərə 1915-ci il hadisələrinin böyük bir yalan olduğunu, əsl soyqırımın Xocalıda baş verdiyini deyiblər: “Kirli siyasətiniz Ağdamı, Kəlbəcəri, Laçını unutdura bilməyəcək. Yalanınızla əvvəl-axır dünyaya rəzil olacaqsınız”.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR