Bank Of Baku

BDU-da «Erməni saxtakarlığı və vandalizmi: Azərbaycan jurnalistləri bu barədə nə düşünür?» mövzusunda dəyirmi masa keçirilib - FOTO

BDU-da «Erməni saxtakarlığı və vandalizmi: Azərbaycan jurnalistləri bu barədə nə düşünür?» mövzusunda dəyirmi masa keçirilib - <font color=red>FOTO</font>
# 20 aprel 2010 09:03 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. Bu gün Bakı Dövlət Universitetində «Erməni saxtakarlığı və vandalizmi: Azərbaycan jurnalistləri bu barədə nə düşünür?» mövzusunda dəyirmi masa keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən universitetinin rektoru Abel Məhərrəmov ermənilərin təxminən 200 il əvvəl Qafqaza köçürüldüyünü və bunun bütün tarixçilərə bəlli olduğunu qeyd edib. Buna baxmayaraq, o, ermənilərin bütün dünyada saxta təbliğat apardığını və qədimdən bu torpaqlarda yaşadıqlarını iddia etdiyini deyib: “Hətta bir sıra hallarda onlar dünyanın bəzi tanınmış şəxslərini bu təbliğata inandıra bilirlər. Biz həmişə faciələrimizdən danışırıq, amma bu, Biləcəridən o tərəfə çıxmır. Bu xətti irəli aparan siyasət olmalı və bunu siyasətçilər aparmalıdırlar. Bununla bağlı dövlət proqramı olmalıdır. Bu işdə biz xüsusi dönüş yaratmalıyıq. Dövlətin, siyasətçilərin strateji xətti olmalıdır. Bunu təkcə öz auditoriyamıza yox, dünya səviyyəsinə çıxarmalıyıq». Millət vəkili ötən əsrdə dəfələrlə azərbaycanlıların ermənilər tərəfindən deportasiya və soyqırımına məruz qaldığını vurğulayıb.

Tədbirdə professor Anar İsgəndərov «1915-ci il həqiqətləri və saxtakarlıq» mövzusunda məruzə ilə çıxış edib. Onun sözlərinə görə, əslində 1915-ci ildə heç bir erməni soyqırımı baş verməyib, ermənilərin təhlükəsizliyinin təmin olunması üçün onlar Osmanlı dövləti tərəfindən bir yerdən digər yerə köçürülüblər.

Tədbirdə ermənilərin Qafqaza köçürülməsi ilə bağlı tarixi sənədləri əks etdirən slayd nümayiş etdirilib. Millət vəkilləri Sabiq Rüstəmxanlı, Fazil Mustafa, Jalə Əliyeva, Aydın Mirzəzadə və politoloq Mübariz Əhmədoğlu mövzu ətrafında çıxış ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR