Bank Of Baku

Ştutqartda "Uzaq Qafqaz ümidi - Azərbaycanda alman izləri" sənədli filminin təqdimatı olub

Ştutqartda "Uzaq Qafqaz ümidi - Azərbaycanda alman izləri" sənədli filminin təqdimatı olub
# 22 aprel 2010 14:21 (UTC +04:00)
Bakı-APA. Almaniyanın Ştutqart şəhərində "Uzaq Qafqaz ümidi - Azərbaycanda alman izləri" sənədli filminin təqdimatı olub. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, film Azərbaycanın “Salnamə” studiyası və Almaniyanın “Züdost” informasiya (mətbuat) agentliyinin birgə iştirakı ilə çəkilib. Alman dilində hazırlanmış 82 dəqiqəlik bu filmin rejissoru Mojkan Ehraridir.
Qeyd edək ki, filmin hazırlanmasına Azərbaycanın Almaniyadakı Səfirliyi də dəstək verib.

"Uzaq Qafqaz ümidi-Azərbaycanda alman izləri" sənədli filmində hadisələr Qafqaz sıra dağlarının ətəyində yerləşən bir alman kəndinə-Azərbaycanın Göy Göl rayonundakı Helenendorf kəndinə aiddir.

Bu layihəni Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Almaniyanın Xarici İşlər Nazirliyi və “EnBV” Enerji Baden-Vürttemberq AG maliyyələşdirib.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR