Bank Of Baku

Gürcüstan Azərbaycanlıları Konqresinin üzvləri Türkiyənin Tiflisdəki səfirliyi qarşısında aksiya keçirib – FOTO

Gürcüstan Azərbaycanlıları Konqresinin üzvləri Türkiyənin Tiflisdəki səfirliyi qarşısında aksiya keçirib – <font color=red>FOTO </font>
# 22 aprel 2010 14:26 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə - APA. Gürcüstan Azərbaycanlılarının Konqresinin (GAK) üzvləri aprelin 22-də Türkiyənin Tiflisdəki səfirliyi qarşısında aksiya keçirib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, aksiyada Gürcüstan ali məktəblərində təhsil alan azərbaycanlı gənclər iştirak edib.

GAK-ın sədri Əli Babayev bildirib ki, Türkiyə Cümhuriyyətinin Gürcüstandakı səfiri Murad Burhana ünvanladıqları məktub səfirliyə təqdim edilib: “Türkiyə Azərbaycanı heç vaxt darda qoymayıb, bizi müdafiə edib. Biz də türk millətinin nümayəndəsi kimi yeri gələndə onları müdafiə etməyə borcluyuq. Ermənilər Bakıda, Qubada, Şamaxıda, Xocalıda soyqırım törədiblər. Bunlara heç kim qiymət vermir. Ermənistanda 500 minə qədər azərbaycanlıya aman vermədilər, soyqırım törətdilər, qovdular. “Erməni soyqırımı”nı qəbul edən ölkələr nədənsə ermənilərin törətdiyi soyqırımları tanımır. Biz bu gün Türkiyə ilə bir olaraq “erməni soyqırımı” məsələsinin Gürcüstan parlamentində müzakirəsinə “yox” deyirik”.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR