Bank Of Baku

“Soyqırım: Bakı” sənədli filminin təqdimatı keçirilib

“Soyqırım: Bakı” sənədli filminin təqdimatı keçirilib
# 24 aprel 2010 11:54 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Bu gün “Azərbaycanfilm” Kinostudiyasında “Soyqırım: Bakı” adlı sənədli filmin təqdimat mərasimi keçirilib. APA-nın məlumatına görə, mərasimdə çıxış edən filmin baş məsləhətçisi, Milli Məclisin deputatı Qənirə Paşayeva bəzi ölkələrin qondarma erməni soyqırımından istifadə edərək, Türkiyəyə etdiyi təzyiqlər barədə danışıb. 1918-ci ildə Azərbaycanın bir sıra bölgələrində, əsasən də Bakıda erməni daşnakları tərəfindən azərbaycanlılara qarşı soyqırımının törədildiyini qeyd edən Q. Paşayeva ermənilərin yalan üzərində qurduqları təbliğata qarşı azərbaycanlıların öz səylərini birləşdirməli olduqlarını vurğulayıb.

Tədbirdə çıxış edən Ombudsman Elmira Süleymanova, Milli Məclisin deputatı Həvva Məmmədova, İlham Məmmədov, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı, Şimali Kipr Türk Respublikasının Azərbaycandakı təmsilçisi Zeki Qazioğlu və digərləri erməni yalanlarına qarşı mübarizənin əhəmiyyətindən, belə filmlərin araya-ərsəyə gətirilməsinin zəruriliyindən danışıblar.

Sonra film nümayiş etdirilib. Filmdə 1918-ci ildə Bakıda erməni daşnaklarının törətdiyi soyqırımı tarixi sənədlər və faktlarla əksini tapır. Eyni zamanda həmin soyqırımı zamanı doğmalarını, yaxınlarını itirmiş və həmin dəhşətli hadisələrin canlı şahidi olmuş insanların taleyindən bəhs edilir.

Qeyd edək ki, “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyi tərəfindən hazırlanan filmin prodüseri Günel Paşayeva, ssenari müəllifi və rejissoru Etibar Məmmədov, redaktoru Kəmalə Paşayevadır. Filmin elmi rəyçisi tarix elmləri doktoru, professor Musa Qasımlıdır. “Soyqırım: Bakı” sənədli filminin baş məsləhətçisi millət vəkili Qənirə Paşayevadır.

Xatırladaq ki, “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyi bundan əvvəl «Soyqırım: Quba» filmini Azərbaycan və ingilis dillərində hazırlayaraq Azərbaycanda və bəzi xarici ölkələrdə təqdimatlar keçirib.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR