Bank Of Baku

Ukraynada Azərbaycan Gənclərinin Forumu keçirilib

Ukraynada Azərbaycan Gənclərinin Forumu keçirilib
# 26 aprel 2010 07:24 (UTC +04:00)
Dnepropetrovsk-APA. Ukraynanın ən böyük şəhərlərindən Dnepropetrovskda Azərbaycan Gənclərinin Forumu keçirilib. “Krımın Azərbaycanlı İcması” İctimai Birliyinin rəhbəri Rəhim Hümbətovun APA-ya verdiyi məlumata görə, Şevçenko adına teatrda baş tutan tədbirdə Ukrayna Azərbaycanlıları Konqresinin rəhbərliyi, qurumun regional təşkilatlarının təmsilçiləri, rəsmi şəxslər iştirak ediblər. Tədbirdə çıxış edən Dnepropetrovsk meri İvan Kuliçenko, Ukrayna Azərbaycanlıları Konqresinin rəhbəri Akuf Gülməmədov, Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Ruslan Quliyev, Konqresin Dnepropetrovsk regional şöbəsinin rəhbəri Qüdrət Hacıyev, vilayət və şəhər şuralarının deputatları forumun işinə uğurlar diləyiblər. Forumda Ukrayna Azərbaycan Gəncləri Koordinasiya Şurası təsis olunub, şuraya Prezident yanında Dövlət İdarəetmə İnstitutunun aspirantı Anar Tahirov sədr seçilib. Forum iştirakçıları Ukrayna və Azərbaycan prezidentlərinə müraciət qəbul ediblər. Tədbir bədii hiss ilə başa çatıb.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR