Bank Of Baku

Həştərxanda Heydər Əliyevin abidəsi ucaldılacaq

Həştərxanda Heydər Əliyevin abidəsi ucaldılacaq
# 27 aprel 2010 10:17 (UTC +04:00)
Bakı. Laçın Sultanova-APA. Bu il Həştərxanda Heydər Əliyevin abidəsi ucaldılacaq. APA-nın Şəhtərxan vilayət qubernatoru administrasiyasının mətbuat xidməti və informasiya siyasəti idarəsinə istinadən yaydığı məlumata görə, bu məsələ qubernator Aleksandr Jilkin ilə Həştərxanda səfərdə olan Bakının Nərimanov rayonu icra hakimi Abdin Fərzəliyevin keçirdiyi görüşdə müzakirə olunub.
Qubernator deyib ki, Həştərxan vilayəti ilə Azərbaycan arasında xüsusi dostluq münasibətləri var. «Bizi iqtisadiyyat, biznes, mədəniyyət sahəsində birgə maraqlar birləşdirir» deyən A. Jilkin Bakıya hələ qubernator olmadığı vaxt etdiyi səfəri xatırladıb.
Vilayətlə Azərbaycan arasında əlaqələrin inkişaf etməsinə yüksək qiymət verən qubernator hesab edir ki, Bakının Nərimanov rayonu ilə Həştərxan vilayətinin Nəriman Nərimanov adına rayonu qardaşlaşmalıdılar.
2009-cu ilin sonunda Bakıda səfərdə olan Həştərxan vilayət nümayəndə heyəti Həştərxanda Heydər Əliyevin abidəsini ucaltmaq təşəbbüsü ilə Azərbaycan tərəfinə müraciət edib. A. Jilkin bu ideyanı tam dəstəklədiyini deyib.
Azərbaycan nümayəndə heyəti bu gün Nərimanov şəhərinə səfər edəcək, Nəriman Nərimanovun abidəsi önünə əklil qoyacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR