Bank Of Baku

Gələn ay Avropada yaşayan, təhsil alan azərbaycanlı vətəndaşların ilk forumu keçiriləcək

Gələn ay Avropada yaşayan, təhsil alan azərbaycanlı vətəndaşların ilk forumu keçiriləcək
# 27 aprel 2010 12:00 (UTC +04:00)
Bakı-APA. Avropada yaşayan, təhsil alan azərbaycanlı vətəndaşların ilk forumu 27-28 mayda Fransanın Strasburq şəhərində keçiriləcək. Bu barədə APA-ya forumun Təşkilat Komitəsindən ildirilib. Avropa Şurasının mərkəzi binasında təşkil olunacaq forum, Azərbaycan Demokratik Respublikasının (ADR) 92 illik yubileyinə həsr olunacaq. Hal-hazırda, Avropa Şurasının Parlament Assambleyasının yaz sessiyası ilə paralel forum hazırlıqları davam edir. Forumda iştirak üçün müraciət edənlər arasında Fransa, İngiltərə, Almaniya, Türkiyə, Çexiya, Hollandiya, Rusiya və s. ölkələrdə təhsil alan azərbaycanlı tələbələr çoxluq təşkil edir.
Eyni zamanda COJEP, AFGES, UDEES, AEGEE kimi beynəlxalq tələbə və gənclər təşkilatlarının da nümayəndələrinin iştirakı artıq dəqiqləşib. Forumda müzakirə olunacaq mövzular arasında 92 il əvvəl qurulmuş Azərbaycan Xalq Cümhuriyyətinin tarixdəki rolu və azərbaycançılıq ideyasının yaranmasına təsiri, Fransa-Azərbaycan əlaqələri, Avropa Şurası ilə edilən əməkdaşlıq, Avropadakı azərbaycanlı gənclərin təsir gücü, lobbi fəaliyyəti, xaricdə daha mütəşəkkil və professional şəkildə addımların atılması, şəbəkələşmə və s. olacaq.
Forumun plenar iclaslarına Avropa Şurasının baş katibi Thorbjørn Jagland, Avropa Şurasının insan hüquqları üzrə Komissarı Thomas Hammerberg, Avropa Şurasının Təhsil, Mədəniyyət, Gənclər və İdman üzrə baş direktoru Gabriella Batayani Dragoni, Azərbaycan Respublikasının Fransadakı səfiri Elçin Əmirbəyov və Azərbaycan Respublikasının AŞ yanındakı daimi nümayəndəliyinin rəhbəri Arif Məmmədovun iştirakı gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR