Bank Of Baku

ABŞ-ın Gürcüstandakı səfiri Marneulidə olub – FOTOSESSİYA

ABŞ-ın Gürcüstandakı səfiri Marneulidə olub – <font color=red>FOTOSESSİYA </font>
# 27 aprel 2010 13:21 (UTC +04:00)
Marneuli. Nizami Məmmədzadə - APA. ABŞ-ın Gürcüstandakı səfiri Con Bass aprelin 27-də Marneuli rayonuna səfər edib. APA-nın Gürcüstan bürosunun xəbərinə görə, səfir Marneuli şəhərində qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə görüşüb. QHT nümayəndələri Kvemo-Kartli bölgəsində kompakt yaşayan azərbaycanlıları narahat edən problemlər barədə diplomata məlumat veriblər. C. Bass QHT təmsilçilərinə təşəkkürünü bildirib: “Bu görüşlər hələ başlanğıcdır. Düşünürəm ki, bu mövzuda söhbətlərimiz çox olacaq. Problemləri öyrənməklə mən Gürcüstanı daha yaxşı tanıyacağam. Fikirləşirəm ki, indi situasiya əvvəlki vaxtlara nisbətən yaxşılaşıb”.

Görüşdən sonra jurnalistlərə açıqlama verən səfir Marneulidə olması və azərbaycanlıların problemlərini dinləməsindən məmnunluğunu ifadə edib: “Sözsüz ki, bu problemləri həll etmək üçün sosial, iqtisadi və mədəni sahələrə investisiyalar lazımdır. Eyni zamanda regionda gürcü cəmiyyətinə inteqrasiya problemi də mövcuddur. Məndə bu məlumatların olması çox vacibdir ki, Gürcüstan hökumətinin nümayəndələri ilə görüşlərimdə onların həlli barədə məsələ qaldırım. Ən əsası odur ki, yaxın vaxtlarda başlayacaq seçkilərdə burada yaşayan əhalinin səsi eşidilsin. Əgər bu qaldırılan məsələlərin həlli yoxdursa, əhaliyə bunun səbəbləri açıqlanmalıdır”.

Cənubi Qafqazda münaqişələrin, o cümlədən Dağlıq Qarabağ məsələsinin həlli barədə sualı cavablandıran Con Bass münaqişə tərəfləri, beynəlxalq təşkilatlar və Minsk Qrupunun üzvləri ilə çox fəal iş apardıqlarını söyləyib: “Asan məsələ olsaydı, çoxdan həll edilmişdi. Prezident Obama bu münaqişənin sülh yolu ilə həll olunması üçün ABŞ-ın köməyini hər iki tərəfə təklif edib”.

Görüşdən sonra C. Bass Marneulidəki İmam Əli Məscidinə baş çəkib, dindarlarla görüşüb.

ABŞ-ın Gürcüstandakı səfirliyinin mətbuat xidmətindən APA-ya bildirilib ki, səfir Marneulidən əvvəl Quriya, İmereti, Sameqrelo regionlarına da səfər edib.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR