Bank Of Baku

Tehran şəhər teatrının qarşısından Məhəmmədhüseyn Şəhriyarın, Səttarxan və Bağırxanın büstləri oğurlanıb - FOTOSESSİYA

Tehran şəhər teatrının qarşısından Məhəmmədhüseyn Şəhriyarın, Səttarxan və Bağırxanın büstləri oğurlanıb - <font color=red>FOTOSESSİYA</font>
# 27 aprel 2010 15:26 (UTC +04:00)
Bakı. Süleyman Fərzəliyev-APA. Dahi Azərbaycan şairi Məhəmmədhüseyn Şəhriyarın Tehran şəhərinin “Teatre Şəhr” Şəhər teatrının qarşısındakı bürüncdən hazırlanmış büstü oğurlanıb. APA-nın məlumatına görə, bundan başqa Əmir Kəbirin və Kamalul Mülkün də bürüncdən olan büstləri də bir neçə müddətdir ki, teatr binasının ətrafında görünmür. Heykəllərin möhkəm bünövrəyə malik olması onun oğurlanmasına imkan verməməli idi. Bu hadisə hamını heyrətə salıb, oğurluğun tətil günlərində olunması güman edilir. Məlumatda Səttarxan və Bağırxanın da büstlərinin yoxa çıxdığı bildirilir. Bununla bağlı araşdırmalar davam edir. Büstlərin qorunmasına görə əsas məsuliyyət teatrın binasını və yanındakı parkın mühafizəsini öz öhdəsinə götürən polis bölməsinin üzərinə düşür. Şəhər rəhbərliyi bildirib ki, büstlər tapılmasa, yeniləri hazırlanacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR