Bank Of Baku

Mayın 6-da Ermənistan sərhədində yerləşən Əlican sərhəd-keçid məntəqəsi qarşısında aksiya keçiriləcək

Mayın 6-da Ermənistan sərhədində yerləşən Əlican sərhəd-keçid məntəqəsi qarşısında aksiya keçiriləcək
# 30 aprel 2010 12:29 (UTC +04:00)
Dərnəyin İdarə Heyətinin sədri Göksəl Gülbəyin APA-ya verdiyi məlumata görə, yürüş-aksiyanın məqsədi aprelin 24-də İrəvanda Türkiyənin dövlət bayrağının yandırılmasına etiraz etmək və Dağlıq Qarabağ erməni işğalından azad olmayana kimi Ermənistanla sərhədlərin açılmasına yol verilməyəcəyini bəyan etməkdir: “Yürüşdə xalqımızın əlində Türkiyə və Azərbaycan bayraqları olacaq, “Bayrağa uzanan əllər qırılsın!”, “Qarabağ bizimdir, bizim olacaq”, “Xocalını unutmadıq, unutmayacağıq”, “Qatil Sərkisyan Xocalının hesabını verməlidir” şüarları səsləndirəcəyik. 10 kilometr yürüş Əlican sərhəd-keçid məntəqəsinin qarşısında başa çatacaq, qətnamə oxunacaq”.

Göksəl Gülbəy rəhbərlik etdiyi dərnəyin mayın 28-də daha bir tədbir keçirməyi planlaşdırdığını bildirib: “28 may həm Azərbaycanın Respublika Günü, həm də Tuzlucanın Gədikli kəndində ermənilər tərəfindən qətlə yetirilmiş insanlarımızın basdırıldığı kütləvi məzarlığın açılış tarixidir. Həmin gün İğdır bələdiyyə meydanında “qətliyam çadırı” quracağıq. Bu çadırda İğdır bölgəsində 1915 və 1918-ci illərdə ermənilər tərəfindən soyqırımına məruz qalan insanlara dair fotolar və Xocalıda ermənilər tərəfindən törədilən soyqırımında şəhid edilən soydaşlarımızın rəsmləri nümayiş olunacaq. Bundan başqa ermənilərin türklərə qarşı törətdiyi soyqırımın əks olunduğu kitab, CD və bröşürləri pulsuz olaraq xalqa paylayacağıq. Gecə isə “Bu soyqırımında şəhid edilənlər üçün, soyqırımı törədənlərin cəzalandırılması üçün, bu qaranlığı sən də aydınlatmaq üçün bir şam da sən yandır” şüarı altında çadırın önündə şamlar yandırılacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR