Bank Of Baku

Azərbaycanın Dövlət Komitəsinin sədri İsrail baş nazirinin dəftərxanası yanında əlaqələr üzrə büronun rəhbəri ilə görüşüb

Azərbaycanın Dövlət Komitəsinin sədri İsrail baş nazirinin dəftərxanası yanında əlaqələr üzrə büronun rəhbəri ilə görüşüb
# 05 may 2010 11:31 (UTC +04:00)
Bakı – APA. İsraildə səfərdə olan Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov bu gün İsrail baş nazirinin dəftərxanası yanında əlaqələr üzrə büronun rəhbəri, xanım Naomi Ben-Ami ilə görüşüb. Görüşdə Azərbaycanla İsrail arasında münasibətlər, iki ölkə KİV-i arasında əlaqələrin genişləndirilməsi, Azərbaycan və yəhudi diasporlarının əməkdaşlığının potensialı və perspektivləri və digər aktual mövzular müzakirə olunub.
Söhbətdə İsraildə Azərbaycan haqqında daha geniş və dolğun məlumatların, eləcə də Dağlıq Qarabağ münaqişəsi ilə bağlı əsl həqiqətlərin İsrail ictimaiyyətinə çatdırılması üçün bu ölkənin KİV nümayəndələrinin Azərbaycana səfərinin təşkilinin əhəmiyyəti vurğulanıb, jurnalistlər arasında təcrübə və informasiya mübadiləsinin genişləndirilməsinin, qarşılıqlı səfərlərin təşkilinin əhəmiyyəti xüsusi qeyd edilib. Bir sıra məsələlərdə beynəlxalq tribunalarda Azərbaycan və İsrail diaspor təşkilatlarının eyni mövqedən çıxış etməsinin vacibliyi bildirilib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR