Bank Of Baku

Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov İsrailin xarici işlər naziri Aviqdor Libermanla görüşüb

Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov İsrailin xarici işlər naziri Aviqdor Libermanla görüşüb
# 07 may 2010 01:31 (UTC +04:00)
Bakı-APA. İsraildə səfərdə olan Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov mayın 6-da bu ölkənin xarici işlər naziri Aviqdor Libermanla görüşüb.

Komitənin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, N.İbrahimov Azərbaycanın iqtisadi inkişafı, həyata keçirilən islahatlar, ölkəmizin regionda və dünyada möhkəmlənən mövqeyi barədə ətraflı məlumat verib.

Dövlət Komitəsinin sədri bildirib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ölkələrimiz arasındakı dostluq münasibətləri yeni müstəviyə qədəm qoyub. N.İbrahimov münasibətlərimizin yüksək səviyyəyə çatmasında Azərbaycan xalqının ulu öndəri Heydər Əliyevin xidmətlərini xüsusi qeyd edib, milli liderin siyasi kursunu Prezident İlham Əliyevin uğurla davam etdirdiyini bildirib.

Öz növbəsində A.Liberman əlaqələrimizin inkişaf səviyyəsindən razılığını vurğulayıb, münasibətlərimizin daha da genişlənməsində dövlət başçılarının rolunu xüsusi qeyd edib. İsrailin xarici siyasət idarəsinin rəhbəri Azərbaycanın regionda və dünyada artan nüfuzunu yüksək qiymətləndirib.

Görüş əsnasında ölkələrimiz arasında bütün sahələrdə əlaqələrin inkişaf perspektivləri barədə geniş fikir mübadiləsi aparılıb. Dostluq münasibətlərinin inkişafında diaspor təşkilatlarının iştirakı ilə beynəlxalq tədbirlərin, “dəyirmi masa”ların, görüşlərin keçirilməsinin vacibliyi qeyd olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR