İsrailin Hadera şəhərində Heydər Əliyevin adını daşıyan xiyabanın açılışı olub
Onun sözlərinə görə, məhz həmin küçədə Heydər Əliyev parkının yanında musiqi məktəbi açılacaq, kompleks yaradılacaq: «Bu həm də Azərbaycanla Hadera arasında dostluq körpüsünün təməlidir».
Daha sonra mer, ulu öndər Heydər Əlieyev siyasi kursunu layiqincə davam etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıq edib, dostluq əlaqələrimizin bundan sonra da inkişaf edəcəyini bildirib.
Sonra çıxış edən Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov ilk növbədə, ulu öndər Heydər Əliyevin xatirəsinin əbədiləşdirilməsi ilə bağlı qərara görə Azərbaycan hökuməti adından xarici işlər naziri Aviqdor Libermana, Hadera şəhərinin meri Xaim Avinata və bütün şəhər ictimaiyyətinə minnətdarlığını ifadə edib və xiyabanın açılışının xalqlarımız arasındakı dostluq əlaqələrinin daha da möhkəmlənməsinə, həyatımızın bütün sahələrindəki əməkdaşlığın genişlənməsinə xidmət edəcəyinə əmin olduğunu bildirib.
O deyib ki, ulu öndər Heydər Əliyev ölkəmizdə tolerantlığın möhkəmlənməsində müstəsna xidmətlər göstərib: «Heydər Əliyevin diqqət və qayğısı sayəsində respublikada qədim ənənələrə malik olan yəhudi icmasının mədəni irsi dövlət tərəfindən daim qorunub. Məhz bu diqqət və qayğının təzahürü olaraq, Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində ibrani bölməsi açılıb, Azərbaycan Milli Elmlər Akademiyasının Etnoqrafiya İnstitutu isə Rusiyanın “Yəhudi mədəniyyətinin qorunması və inkişafı fondu” ilə birgə “Yəhudilər Azərbaycanda” kitabını hazırlayıb».
DİDK sədri onu da qeyd edib ki, bu gün respublikada 7 yəhudi dini icması qeydiyyatdan keçib: «Bakıda nəzəriyyəçi-fizik, Nobel mükafatı laureatı Lev Landau, respublikanın əməkdar həkimi Solomon Qusman, müharibə qəhrəmanı Albert Aqarunov və digər tanınmış yəhudi şəxsiyyətlərinin yaşadıqları binalarda xatirə lövhələri qorunub saxlanılır. Milli lider Heydər Əliyevin təşəbbüsü ilə 1996-cı ildən sonra dövlət daha iki sinaqoqu yəhudilərə qaytarıb. İndi Bakıda 3, Oğuz və Qubada isə 1 yəhudi sinaqoqu mövcuddur, 2003-cü ildə Bakı şəhərində açılmış sinaqoq hazırda Avropada yerləşən ən böyük sinaqoqdur. Nazim İbrahimov deyib ki, Azərbaycanda yəhudi mədəniyyət mərkəzləri, dini icmalar, məktəblər fəaliyyət göstərir. 2003-cü ilin sentyabrında Bakıda ilk ümumtəhsil yəhudi məktəbi açılıb».
“Milli lider Heydər Əliyev yəhudi icmasının Azərbaycanın iqtisadi və sosial-mədəni inkişafındakı rolunu həmişə çox yüksək qiymətləndirib” deyən Komitə sədrinin sözlərinə görə, Hadera şəhərinin mərkəzində Azərbaycan xalqının ümummilli liderinin adını daşıyan xiyabanın təməlqoyma mərasiminin keçirilməsi Yəhudi xalqının böyük dövlət xadimi Heydər Əliyevin xatirəsinə dərin ehtiramının və Azərbaycana olan sevgisinin parlaq təzahürlərindən biridir: «Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev əsasını ulu öndər Heydər Əliyevin qoyduğu tarixi ənənələri uğurla davam etdirməkdədir. Azərbaycan Prezidenti ölkəmizdə tolerantlığın qorunub saxlanılması, qarşılıqlı etimada dayanan vətəndaş həmrəyliyinin möhkəmləndirilməsinə istiqamətlənmiş siyasət yürüdür. Əminəm ki, bizim birgə, qarşılıqlı fəaliyyətimiz Azərbaycan və İsrail xalqları arasındakı əlaqələrin daha da möhkəmlənməsinə xidmət edəcək».
İsrail Knessetinin deputatı xanım Faina Kirşenbaum isə çıxışında deyib ki, beynəlxalq aləmdə siyasi proseslərin gərgin olduğu bir vaxtda Azərbaycan-İsrail əlaqələrinin yaxınlaşması hamıya yaxşı nümunə olmalıdır: «Bu gün Hadera şəhərində İsrail xalqının yaxın dostu, öz ədalətliliyi, prinsipiallığı və insanpərvərliyi ilə seçilmiş Heydər Əliyevin adının əbədiləşdirilməsi bizi daha da yaxınlaşdırır, dostluğumuzu daha da möhkəmləndirir. Biz Heydər Əliyev kimi tarixi şəxsiyyətin adının əbədiləşdirilməsindən qürur duyuruq».
Sonra xatirə lövhəsinin təməlqoyma mərasimi olub.
Xatırladaq ki, İsraildə fəaliyyət göstərən Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyasının (Azİs) müraciəti əsasında Hadera şəhər bələdiyyəsi Azərbaycan xalqının milli lideri Heydər Əliyevin xatirəsinin əbədiləşdirilməsi haqqında qərar qəbul edib. Məhz bu qərara əsasən, Hadera şəhərinin mərkəzində yerləşən xiyabanda ulu öndər Heydər Əliyevin xatirə lövhəsinin təməl daşı qoyulub və xiyaban Azərbaycanın milli liderinin adını daşıyacaq. Xiyabanda əsaslı yenidənqurma və abadlaşdırma işləri də aparılacaq.
Qeyd edək ki, Haderada əslən Azərbaycandan olan böyük icma yaşayır. Bu şəhər Tel-Əvivin yaxınlığında yerləşir, yaşıllıqla zəngin ərazidir, ulu öndər Heydər Əliyevin adına verilən xiyaban isə şəhərin mərkəzindədir. Xiyabanın açılışında Milli Məclisin üzvü Yevda Abramov, İsrailin 7 şəhərinin vitse-meri, Azərbaycandakı KİV orqanlarının, yəhudi icmalarının rəhbərləri, bir neçə ölkənin İsraildə akkreditə olunmuş səfirliklərinin əməkdaşları və şəhər ictimaiyyətinin nümayəndələri, eləcə də digər şəhərlərdə yaşayan Azərbaycan əsilli yəhudilər iştirak ediblər.
Tədbir Azərbaycan və İsrail incəsənət ustalarının ifasında konsert proqramı ilə başa çatıb.
Xəbər Lenti
ABŞ Venesuelada 63,7 milyard barellik neft ehtiyatlarına çıxış əldə edir
CNN: Tramp administrasiyasının Rusiya ilə əməkdaşlığı Qərbin Moskvaya təzyiqini zəiflədir
Times: Britaniyada deportasiya qərarı verilmiş 20 minə yaxın əcnəbi cinayətkar qalır
Tramp: Ukrayna ilə bağlı razılaşmaya çox yaxınıq
Sandu: Moldova Rusiya qazından tamamilə imtina edib
"Nvidia" rəhbəri casusluqda şübhəli bilinən qadınla münasibətinə görə araşdırmaya cəlb olunub
Tramp öldükdən sonra cənnətə düşəcəyinə ümid edir
Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur
Rubio Əbu-Dabi danışıqlarından gözləntiləri və əsas müzakirə mövzusunu açıqlayıb
Əbu-Dabidə keçiriləcək danışıqlarda Ukrayna nümayəndə heyətinin tərkibi məlum olub
Tramp miqrantların deportasiyası siyasətinin həddindən artıq sərt olduğunu etiraf edib
“Qalatasaray”ın keçmiş futbolçusu Cevad Prekazi vəfat edib
Tramp: İranın Xəzər dənizi vasitəsilə silah daşınmasının qarşısını almaq üçün xüsusi qrup fəaliyyətə başlayıb
Gəncədə 41 yaşlı kişi bıçaqlanıb
Almaniyada tələbələr noyabrın 20-də kütləvi tətil keçirməyi planlaşdırırlar
İstanbul ve Bursada tarixi tikililər Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb
Rusiya bir gündə Ukraynaya məxsus 50 PUA-nın vurulduğunu açıqlayıb
Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə videoçarx paylaşılıb - VİDEO
Azərbaycanda Dövlət Bayrağı Günüdür
İranın Qeşm adasında 4 partlayış baş verib
İsraildə ərəb partiyaları Ayzenkotla əməkdaşlığa hazır olduqlarını açıqlayıblar
Dublində avtomobil yeniyetmələrin üzərinə sürülüb, 8 nəfər xəsarət alıb
İran ABŞ-la təmasların dayandırılmasının səbəbini açıqlayıb
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub
Tramp: İranla genişmiqyaslı müharibənin yenidən başlaması ehtimalı azdır
ABŞ Konqresində demokratların lideri Pentaqon rəhbərinin impiçmentini dəstəkləyib
Al Arabiya: İraq nümayəndə heyəti ABŞ-ın mesajını İrana çatdırıb
Əraqçi: İran ABŞ-a Hörmüz boğazı ilə bağlı şərt qoyub
Naxçıvanda Zəfər Gününün 6 illiyi münasibətilə konsert və atəşfəşanlıq təşkil olunub
Xankəndidə Zəfər Günündə bayram konserti keçirilib - FOTO
İsrail Prezidenti Qadi Ayzenkota hökuməti formalaşdırmaq mandatı verib
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO
Hulusi Kılıç: Ərdoğan və Əliyevin Şuşadan verdiyi qardaşlıq mesajı bütün Türk dünyasının qürurudur
Misirdə sərnişin qatarlarının toqquşması nəticəsində ölənlərin sayı 7-yə çatıb - YENİLƏNİB
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatıb
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO
Türkiyə mediası: Prezident İlham Əliyev COP31 sammitində iştirak edəcək
İstanbulda “15 Temmuz” körpüsündə Azərbaycan bayrağı proyeksiya olunub
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər
Azərbaycan və Türkiyə prezidentləri Xocalı şəhərində Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO - YENİLƏNİB
Yeni Zelandiyada parlament seçkilərinin qalibi müəyyənləşməyib
Türkiyə Super Liqası: “Fənərbaxça” səfərdə böyük hesablı qələbə qazanıb
Prezident İlham Əliyevin sosial media hesablarında Türkiyə Prezidenti ilə Şuşada görüşünə dair videoçarx paylaşılıb - VİDEO
Polşada 6 nəfərin öldüyü silahlı hücum terror aktı kimi araşdırılır
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır - FOTO
İranda partlayışlar baş verib, Hörmüz boğazında gəmilərə hücum edilib - FOTO
Azərbaycan və Türkiyə prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTO - VİDEO - YENİLƏNİB
Qazaxda yük avtomobilinin sürücüsü sükan arxasında ölüb