Bank Of Baku

Gürcüstanda Heydər Əliyevin anadan olmasının 87-ci ildönümünə həsr olunmuş tədbir keçirilib

Gürcüstanda Heydər Əliyevin anadan olmasının 87-ci ildönümünə həsr olunmuş tədbir keçirilib
# 08 may 2010 13:03 (UTC +04:00)
Marneuli. Nizami Məmmədzadə – APA. Bu gün Gürcüstanın Marneuli rayonunda Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü münasibəti ilə tədbir keçirilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, Heydər Əliyev adına Gürcüstan-Azərbaycan Tədris Universitetində təşkil olunmuş tədbiri universitetin rektoru Novruz Bayramov açıb. Tədbirdə filologiya elmləri doktoru, professor Şurəddin Məmmədli H.Əliyevin həyatı və fəaliyyəti barədə, yazıçı-müəllim Əli Abbas «Heydər Əliyev və Gürcüstan» mövzusunda, fəlsəfə elmləri namizədi Əhməd Əhmədov H.Əliyevin siyasi görüşləri, Marneuli rayon bələdiyyəsinin sədri Ayvaz İsmayılov H.Əliyevin Gürcüstanla bağlı görüşləri, pedaqoji elmləri doktoru Konstantin Ramişvili onun gürcü və Azərbaycan xalqları arasında olan dostluğunu inkişaf etdirməsi barədə çıxış ediblər.

Tədbirdə tələbələrdən Lətafət Kərimova, Elnarə İsayeva, Aypara Ömərova, Zemfira İsayeva və başqaları gürcü və Azərbaycan dillərində Heydər Əliyev haqqında şerlər söyləyiblər. Tədbirin sonunda bu konfransda fərqlənən tələbələrə diplomlar təqdim edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR