Bank Of Baku

ABŞ-da türk diasporu qondarma “erməni soyqırımı” iddialarına qarşı aksiyalara verdiyi dəstəyə görə bu ölkədə yaşayan soydaşlarımıza təşəkkür edib

ABŞ-da türk diasporu qondarma “erməni soyqırımı” iddialarına qarşı aksiyalara verdiyi dəstəyə görə bu ölkədə yaşayan soydaşlarımıza təşəkkür edib
# 10 may 2010 08:14 (UTC +04:00)
Vaşinqton. İzabel Levin-APA. ABŞ-dakı türk diasporunun nümayəndələri Azərbaycan diasporuna təşəkkür bəyanatı göndəriblər. APA-nın Vaşinqton müxbirinin məlumatına görə bəyanatda ermənilərə qarşı aparılan kampaniyada və qondarma “soyqırımı” iddialarının ifşa olunmasına verdiyi dəstək üçün Azərbaycan diasporuna təşəkkür fiadə olunub. Türk diasporu qeyd edir ki, Türk-Azərbaycan diasporunun birgə cəhdləri sayəsində onlar Vaşinqtonda ermənipərəst konqresmenlərin fəaliyyətinə nəzarət edib və ölkədə erməni diasporunun aksiyalarının qarşısını ala biliblər: “Bu, birgə türk gücünün ən parlaq nümunələrindən biridir. Aprelin 24-də Türkiyə səfirliyi qarşısında qondarma “soyqırımı” iddialarına qarşı keçirilən aksiyada birgə inam, səy, dostluq və qardaşlıq əlaməti olaraq Azərbaycan və Şimali Kiprin bayraqları dalğalandırıldı. Əgər beş il bundan əvvəl ermənilər əleyhinə aksiyada yalnız 30 nəfər iştirak edirdisə, indi bu aksiyanı dəstəkləyənlərin sayı beş dəfə artıb. Ermənilərə gəlincə isə əksinə - əgər beş il bundan əvvəl onların aksiyalarını 700 nəfər dəstəkləyirdisə, indi bu rəqəm 150-ə enib”.

Türk-Amerikan Assambleyasının rəhbəri Günay Evinç ABŞ-da milli maraqların müdafiəsinə yönəlmiş birgə cəhdləri böyük cəsarət adlandırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR