Bank Of Baku

Azərbaycan-Amerika Şurası Şuşanın işğalının 18-ci ildönümü ilə bağlı bəyanat yayıb

Azərbaycan-Amerika Şurası Şuşanın işğalının 18-ci ildönümü ilə bağlı bəyanat yayıb
# 10 may 2010 08:53 (UTC +04:00)
APA-nın Vaşinqton müxbirinin verdiyi məlumata görə, Azərbaycan-Amerika Şurasının yaydığı bəyanatda qeyd olunur ki, 18-ci əsrdə Pənahəli Xan Cavanşir Ziyadoğlu tərəfindən müstəqil Qarabağ xanlığının paytaxtı kimi əsası qoyulan Şuşa Azərbaycan mədəniyyətinin, ədəbiyyatının və musiqisinin beşiyinə çevrilib.

Şura Azərbaycanın bütün dostlarını, ABŞ dövlət rəsmilərini və medianı Şuşa və Azərbaycanın digər rayonlarının işğalını və oradakı etnik təmizləmə siyasətini pisləməyə çağırıb.

Qarabağın ermənilər tərəfindən işğalının nəinki Qafqazın zəngin mədəni irsini, həm də regionda hər hansı sülh perspektivini təhlükə altına aldığını bildirən Azərbaycan-Amerika Şurası təkcə Azərbaycanda yox, bütün regionda sülhə səsləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR