Bank Of Baku

Rustavidə Heydər Əliyev adına istirahət parkında qoyulacaq abidənin təməlqoyma mərasimi keçirilib - FOTO

Rustavidə Heydər Əliyev adına istirahət parkında qoyulacaq abidənin təməlqoyma mərasimi keçirilib - <font color=red>FOTO</font>
# 10 may 2010 14:35 (UTC +04:00)
Rustavi. Nizami Məmmədzadə - APA. Bu gün Rüstavi şəhərində (Gürcüstan) Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü ilə bağlı tədbir keçirilib.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbirdə bundan sonra Heydər Əliyevin adını daşıyacaq istirahət parkında qoyulacaq abidənin təməlqoyma mərasimi də düzənlənib.

Tədbirdə Azərbaycanın Gürcüstandakı səfiri Namiq Əliyev, ARDNŞ-in Gürcüstan nümayəndəliyinin rəhbəri Mahir Məmmədov, Gürcüstan parlamentinin deputatı Azər Süleymanov, Kvemo-Kartli bölgə qubernatorunun müavinləri Hüseyn Yusifov və Koba Kobiaşvili və digər rəsmilər iştirak ediblər.

Rustavidəki 18 saylı orta məktəbin Azərbaycan şöbəsinin şagirdləri Heydər Əliyevə həsr edilmiş şeirləri gürcü və Azərbaycan dillərində söyləyiblər. Tədbir zamanı burada tikiləcək Heydər Əliyev adına istirahət parkının maketi də nümayiş etdirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR