Bank Of Baku

Tiflisdə “Azərbaycanın ümümmilli lideri Heydər Əliyev poçt markalarında” adlı sərgi açılıb

Tiflisdə “Azərbaycanın ümümmilli lideri Heydər Əliyev poçt markalarında” adlı sərgi açılıb
# 10 may 2010 14:46 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə - APA. Bu gün Tiflisin “Köhnə Metexi” mehmanxanasında Azərbaycanın Gürcüstandakı səfirliyinin təşəbbüsü ilə “Azərbaycanın ümümmilli lideri Heydər Əliyev poçt markalarında” adlı sərgi açılıb.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, Heydər Əliyevin doğum gününə həsr edilən tədbiri Azərbaycanın Gürcüstandakı səfiri Namiq Əliyev açıb.

Sərginin açılışında Gürcüstanın birinci xanımı Sandra Rudolfs çıxış edərək, bu sərginin çox maraqlı olduğunu bildirib: “Azərbaycan qardaş ölkədir. Burada çox maraqlı və orijinal poçt markaları nümayiş etdirilir. Heydər Əliyevə aid olan bu markalar çox maraqlıdır. O, təkcə Azərbaycan üçün deyil, eyni zamanda bütün dünya üçün vacib şəxs idi”.

Tədbirdə Gürcüstanın parlamentinin və Reinteqrasiya Nazirliyinin rəsmiləri, Gürcüstanda çalışan iş adamları, parlamentin azərbaycanlı deputatları, gürcü və azərbaycanlı ziyalılar iştirak ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR