Bank Of Baku

Marneulidə “Aşıqlar bağı” yaradılacaq

Marneulidə “Aşıqlar bağı” yaradılacaq
# 14 may 2010 07:01 (UTC +04:00)
Marneuli. Nizami Məmmədzadə - APA. Gürcüstanın Marneuli şəhərində “Aşıqlar bağı” yaradılacaq. Bu barədə APA-nın Gürcüstan bürosuna Azərbaycanın bu ölkədəki səfiri Namiq Əliyev məlumat verib. Səfir artıq “Aşıqlar bağı” üçün yer ayrıldığını deyib: “Burada Borçalının ustad sənətkarları Aşıq Əmrah, Hüseyn Saraçlı və Aşıq Kamandarın büstləri qoyulacaq. İndi həmin bağda təmir işləri aparılır. Biz bağda müsabiqələr və aşıqlar festivalı keçirəcəyik. Vaxtı gələndə digər aşıqların heykəli də qoyula bilər. Bir sirri də sizə bildirim ki, biz Gürcüstan arxivindən keçmiş Azərbaycan aşıqlarının səs yazılarını tapmışıq və onların kataloqunu yaratmışıq. Bu səs yazılarını disklərə köçürəcəyik. Tezliklə bizim aşıqlar fondumuz olacaq. Biz aşıq yaradıcılığını itirə bilmərik. Vaxt keçir, bu arxivlər yeganə mənbədir ki, aşıqlarımızın səsi orada durur. Belə tarixi mənbə Bakıda və digər yerlərdə yoxdur”.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR