Bank Of Baku

Füzuli Nəcəfov: “Gürcüstanın ali məktəblərinə 100 azərbaycanlı tələbə qəbul olacaq”

Füzuli Nəcəfov: “Gürcüstanın ali məktəblərinə 100 azərbaycanlı tələbə qəbul olacaq”
# 17 may 2010 07:11 (UTC +04:00)
Marneuli. Nizami Məmmədzadə-APA. “Gürcüstanın ali məktəblərinə 100 azərbaycanlı tələbə qəbul olacaq”. APA-nın yerli bürosunun xəbərinə görə, bunu Marneulidə keçirilən Gürcüstanlı Azərbaycanlı Gənclərinin I qurultayında Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsini şöbə müdiri Füzuli Nəcəfov çıxışında deyib. Onun sözlərinə görə, Kvemo-Kartli bölgə qubernatoru David Kirkitadze bu yaxınlarda Bakıya səfəri zamanı komitənin sədri Nazim İbrahimovla görüşündə bu barədə söhbət açıb: “O, deyib ki, Gürcüstan dövlətinin xüsusi tapşırığı əsasında güzəştli qəbul prosesi əsasında 100 nəfər azərbaycanlı gürcü ali məktəblərinə qəbul ediləcək”.

F. Nəcəfov bildirib ki, bu rəqəm daha çox ola bilər. “Amma bizi narahat edən bir məqam da var. Bilirsiniz ki, burada fəaliyyət göstərən Azərbaycan dilli məktəblərdə müəllimlərin yaş həddi əllini ötüb. Yaxın beş ildə Azərbaycan dilli məktəblərdə kadr təhlükəsi müşahidə olunacaq. Ona görə də çox arzu edərdim ki, burada iştirak edən gənclər öz bacı-qardaşlarına məsləhət və tövsiyə kimi başqa ixtisasları seçməklə yanaşı pedaqoji ixtisasları seçməyi də təklif etsinlər ki, gələcəkdə burada fəaliyyət göstərən məktəblər yaşasın”.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR