Bank Of Baku

ABŞ azərbaycanlıları BMT-dən BMT BA və TŞ qətnamələrinin yerinə yetirilməsini tələb edirlər

ABŞ azərbaycanlıları BMT-dən BMT BA və TŞ qətnamələrinin yerinə yetirilməsini tələb edirlər
# 17 may 2010 07:50 (UTC +04:00)
Vaşinqton. İzabel Levin-APA. Amerikada yaşayan azərbaycanlılar BMT Təhlükəsizlik Şurasının və Baş Assambleyasının qətnamələrinin yerinə yetirilməməsindən narahatdır. Bu barədə APA-nın Vaşinqton müxbirinə Azərbaycan diasporundan məlumat verilib.

Məlumatda qeyd olunur ki, diaspor təşkilatları BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətnamələrinin və Baş Assambleyanın A/RES/48/114 və digər qətnamələrinin yerinə yetirilməsi üçün ciddi tədbir görməyə çağırıblar. Bu qətnamələr Ermənistandan öz Silahlı Qüvvələrini Azərbaycan torpaqlarından dərhal çıxarmağı tələb edir.

Azərbaycan diasporu xatırladıb ki, BMT bir milyon azərbaycanlının qaçqına və məcburi köçkünə çevrilməsini təsdiqləyib. Onlar daha sonra xatırladırlar ki, 18 il bundan əvvəl Şuşa və digər Azərbaycan torpaqları Ermənistan tərəfindən işğal olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR