Bank Of Baku

Amerikada yaşayan azərbaycanlılar 28 may bayramını geniş qeyd etməyə hazırlaşır

Amerikada yaşayan azərbaycanlılar 28 may bayramını geniş qeyd etməyə hazırlaşır
# 17 may 2010 08:24 (UTC +04:00)
ABŞ Azərbaycanlıları Şəbəkəsindən (USAN) APA-nın Vaşinqton müxbirinə bildirilib ki, diaspora təşkilatları ABŞ-ın hər yerində kütləvi bayram tədbirləri keçirməyi planlaşdırırlar. Azərbaycanlılar qabaqcadan ştat, federal və dairə rəsmilərinə məktublar, Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixinə dair bəyanatlar, bukletlər və broşürlər göndəriblər. Vaşinqtonda, Nyu-Yorkda, Los-Ancelesdə və Hyustonda kütləvi tədbirlər keçirmək nəzərdə tutulub. Müxtəlif universitetlərdə Azərbaycan Xalq Cümhuriyyəti barədə informativ mühazirələr təşkil olunacaq. Mətbuat və kitabxanalara da Azərbaycan Xalq Cümhuriyyəti barədə məlumatlar göndəriləcək.

USAN-ın göndərdiyi məktublarda deyilir: “Azərbaycan Xalq Cümhuriyyəti dünya tarixində ilk dünyəvi, parlamentli, demokratik müsəlman respublikası olub. Bu respublikada irqindən, etnik mənsubiyyətindən, cinsindən, dini etiqadından və siyasi əqidəsindən asılı olmayaraq bütün vətəndaşlar üçün bərabər hüquqlar, o cümlədən səs və təmsilçilik hüququ tətbiq edilib. Bütün etnik və dini qruplar hakimiyyətin mühüm qolu olan milli parlamentdə təmsil olunublar”.

Diaspora nümayəndəsi Samir Əmirov Azərbaycan Xalq Cümhuriyyətinin dünyadakı bütün azərbaycanlıların iftixarı olduğunu bildirib: “Bu respublikanın iki il ömrü olub, amma onunla fəxr etməyə dəyər”.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR