Bank Of Baku

ABŞ-da Türk Həftəsi başlayıb

ABŞ-da Türk Həftəsi başlayıb
# 17 may 2010 08:51 (UTC +04:00)
Vaşinqton. İzabel Levin-APA. Bu gündən ABŞ-da Türk Həftəsi başlayıb. Türk diasporundan APA-nın Vaşinqton müxbirinə verilən məlumata görə, əsas aksiyalar Vaşinqton, Nyu=York və Kaliforniyada keçiriləcək.

Bu həftə ərzində Amerikadakı bütün türk icmaları, o cümlədən türk, Azərbaycan, Krım, tatar diasporu nümayiş, konfrans, görüş və konsertlər keçirəcək.

Tədbirlərdə diaspor üzvləri ilə yanaşı, Azərbaycan, Kipr, Türkiyə və başqa ölkələrdən dəvət olunmuş musiqiçi, rəssam və aktyorlar iştirak edəcək. Aksiyalarda iştirak pulsuzdur, əsas məqsəd türk mədəniyyəti və ənənələrinin zənginliyi barədə məlumat verməkdir.

Tədbirlərdə Azərbaycan bayrağı qaldırılacaq, bir sıra siyasi şüarlar, o cümlədən Dağlıq Qarabağın azad olunması ilə bağlı şüarlar səslənəcək. Azərbaycan diasporu tədbirlərdə iştirakını təsdiqləyib.

Bundan əlavə, mayın 19-da Nyu-Yorkda folklor festivalı keçiriləcək, mayın 20-də Atatürkün xatirəsi yad ediləcək, mayın 21-22-də folklor sərgiləri, mayın 22-23-də konsertlər keçiriləcək. Türkiyə və Çexiya yığma komandaları arasında oyun Nyu-Yorkda mayın 22-də keçiriləcək. Türk pop ifaçısı Sərdar Ortac Nyu-Yorkda mayın 24-də konsert proqramı ilə çıxış edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR