Bank Of Baku

Dərbənddə “Oğuz eposu Kitabi Dədə Qorqud və Dərbənd” mövzusunda elmi-praktiki konfrans keçirilib

Dərbənddə “Oğuz eposu Kitabi Dədə Qorqud və Dərbənd” mövzusunda elmi-praktiki konfrans keçirilib
# 17 may 2010 12:27 (UTC +04:00)
Bakı-APA. Dağıstan Respublikasının Dərbənd şəhərində Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin və Ümumrusiya Azərbaycan Konqresi Dağıstan regional bölməsinin birgə təşkilatçılığı ilə “Oğuz eposu Kitabi Dədə Qorqud və Dərbənd” mövzusunda elmi-praktiki konfrans keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Dərbəndin qədim məkanlarında biri olan yerlilərin “Maqal” adlandırdıqları mahalda yerləşən 3 saylı şəhər gimnaziyasının tədbirlər salonunda keçirilən konfransda çıxış edən Ümumrusiya Azərbaycan Konqresi Dağıstan regional bölməsinin sədri Seyran Rəhimov bu mövzuda konfrans keçirilməsinin məqsədləri haqqında məlumat verib. Konfransda Dərbənd şəhəri merinin səlahiyyətlərini icra edən İmam Yarəliyev çıxış edərək “Oğuz eposu Kitabi Dədə Qorqud və Dərbənd” mövzusunda elmi-praktiki konfrans keçrilməsinin şəhərin ictimai həyatında mühüm hadisə olduğunu vurğulayıb və Dərbəndin qədim tarixinin öyrənilməsi, həmçinin gənc nəsilə çatdırılması baxımından tədbirin böyük əhəmiyyət daşıdığını söyləyib.
Tədbirdə Diasporla İş üzrə Dövlət Komitəsi şöbə müdirinin müavini Elnar Məmmədov çıxış edərək elmi-praktiki konfransın Dağıstan tərəfdən təşkilatçılarına yüksək səviyyədə hazırlıq işlərinə görə təşəkkür edib. O, Azərbaycan Respublikasının Rusiya Federasiyasının bütün subyektləri, o cümlədən Dağıstan Respublikası ilə əlaqələrə xüsusi önəm verdiyini vurğulayıb. Dərbənd şəhər Mədəniyyət İdarəsinin, Dərbənd İncəsənət və Mədəniyyət İnstitutunun, Dağıstan Dövlət Universitetinin Dərbənd filialının və ATXƏM təşkilatının dəstəklədiyi “Oğuz eposu Kitabi Dədə Qorqud və Dərbənd” mövzusunda elmi-praktiki konfransda mövzu ətrafında həm yerli, həm də Azərbaycandan gəlmiş alimlər çıxış ediblər. Diyarşünas alim Hüseynbala Hüseynov “Qədim Oğuz yazılı abidəsi olan Kitabi Dədə Qorqudun yaranma yeri məsələlərinə dair”, Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutunun Folklor şöbəsinin müdiri Ağaverdi Xəlilov “Kitabi Dədə Qorqud və Dərbənd, qarşılıqlı epik əlaqələr və ümumi mənəvi mədəniyyət”, Azərbaycanlıların və Digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin sədri İlham İsmayılov “Tarixi ədəbiyyatın, o cümlədən Kitabi Dədə Qorqud kimi dastanların təbliğində QHT-lərin üzərinə düşən vəzifələr” və digər mövzularda məruzələr təqdim olunub. Sonra konfrans iştirakçıları Dədə Qorqudun məzarının yerləşdiyi iddia edilən yerə baş çəkiblər.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR