Bank Of Baku

Tiflisdə gürcü və Azərbaycandilli məktəb şagirdlərinin görüşü keçirilib

Tiflisdə gürcü və Azərbaycandilli məktəb şagirdlərinin görüşü keçirilib
# 17 may 2010 13:45 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə - APA. Mayın 16-da Tiflisdə fəaliyyət göstərən “Varlıq” Mədəniyyət Mərkəzində gənc politoloq, “AZEBİ” Birliyinin koordinatoru Maka Əlioğlunun təşkilatçılığı ilə gürcü və azərbaycanlı şagirdlər arasında görüş keçirilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, Telavi rayonunun Qaracalar kənd ümumi məktəbinin azərbaycanlı şagirdləri və Tiflisin ayrı-ayrı məktəblərinin gürcü şagirdləri arasında baş tutan görüş Heydər Əliyevin heykəli önünə əklil və gül-çiçək dəstələri qoymaqla başlayıb. Sonra şagirdlər M. F. Axundovun Ev Muzeyi ilə tanış olub, M. F. Axundovun, M. Ş. Vazehin, Fətəli Xan Xoyskinin məzarlarını ziyarət ediblər. Daha sonra tədbir “Varlıq” Mədəniyyət Mərkəzində davam etdirilib. Mərkəzin rəhbəri Rafiq Hümbət, filoloq Mirzə Məmmədoğlu “Tiflisdə azərbaycanlıların rolu” mövzusunda gürcü və azərbaycanlı şagirdlərinin suallarına cavab veriblər.

Azərbaycanın Gürcüstandakı səfirliyinin müşavirləri Şövqi Mehdizadə və Pərviz Ənvərli, ABŞ-ın Gürcüstandakı səfirliyinin nümayəndələri, Azərbaycandilli və gürcü orta məktəblərinin direktorları və müəllimləri də tədbirə qatılıblar.

Qeyd edək ki, tədbirin təşkilatçısı və görüşün ideya müəllifi Maka Əlioğlu Gürcüstanın Şida Kartli bölgəsində anadan olub. O, Qori Dövlət Universitetini, ABŞ-ın Ohayo ştatındakı Uilinq Qrin Universitetini və TDU-nun magistraturasını bitirib, BMT-nin baş qərargahında 3 aylıq təcrübə keçib.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR