Bank Of Baku

Tiflisdə Azərbaycan və Gürcüstanın dövlət bayramları qeyd olunacaq

Tiflisdə Azərbaycan və Gürcüstanın dövlət bayramları qeyd olunacaq
# 19 may 2010 12:35 (UTC +04:00)
Bakı-APA. Gürcüstan Azərbaycanlıları Konqresi (GAK) 28 May Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaradılmasının 92-ci ildönümünü 26 May Gürcüstanın Müstəqillik Günü münasibətilə ilə tədbir keçirəcək. Bu barədə APA-ya Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən bildirilib. Məlumata görə, GAK sədri Əli Babayev bildirib ki, iki qardaş ölkənin dövlət bayramları mayın 27-də Tbilisidə qeyd olunacaq. Tədbirdən əvvəl Heydər Əliyevin büstünün və Gürcüstanın müstəqilliyi uğrunda həlak olanların xatirə abidəsinin önünə əklil qoyulacaq. Konqresin nümayəndələri, həmçinin Tbilisi Nəbatət bağındakı Azərbaycanın görkəmli ziyalıları Mirzə Fətəli Axundov, Mirzə Şəfi Vazeh və AXC-nin yaradılmasında böyük xidmətləri olmuş Fətəli xan Xoyskinin məzarını ziyarət edəcəklər. Bayram tədbirində xarici dövlətlərin Gürcüstandakı səfirliklərinin, beynəlxalq təşkilatların nümayəndələrinin, gürcü və azərbaycanlı ziyalıların, elm xadimlərinin iştirakı nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR