Bank Of Baku

Latviya və Estoniyadakı Azərbaycan diasporu tədbirlər keçirəcək

Latviya və Estoniyadakı Azərbaycan diasporu tədbirlər keçirəcək
# 19 may 2010 12:42 (UTC +04:00)
Bakı-APA. Mayın 22-də Latviyanın Riqa şəhərində “Ocaq” Latviya-Azərbaycan Mədəniyyət Mərkəzi Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilati dəstəyi ilə “Latviyada yaşayan azərbaycanlıların cəmiyyətə inteqrasiyasında diasporun rolu” mövzusunda konfrans keçirəcək. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, mayın 27-28-də isə Estoniyanın Tallin şəhərində Estoniya-Azərbaycan Mədəniyyət Mərkəzi və Estoniya-Azərbaycan Dostluq Qrupu birlikdə “Azərbaycanın Avropaya İnteqrasiyasında Baltikyanı ölkələrin rolu” mövzusunda konfrans təşkil edəcəklər. Tallində, həmçinin 28 May Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması gününə həsr olunmuş sərgi də açılacaq. Konfransda Litva, Latviya və Estoniya Respublikalarının dövlət nümayəndələrinin, parlament üzvlərinin, Azərbaycanın Baltikyanı dövlətlərdəki diplomatik korpus təmsilçilərinin, Baltikyanı ölkələrdəki Azərbaycan icmalarının üzvlərinin, yerli ictimai təşkilatların, eləcə də Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndəsinin iştirakı nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR