Bank Of Baku

“İsveçin gənc azərbaycanlıları” adlı yeni təşkilat yaradılıb

“İsveçin gənc azərbaycanlıları” adlı yeni təşkilat yaradılıb
# 19 may 2010 12:46 (UTC +04:00)
Bakı – APA. İsveçdəki Azərbaycan diasporunun gənc fəalları yeni təşkilat yaradıblar. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, mayın 16-da Stokholmda bir araya gələn azərbaycanlı gənclərin keçirdiyi təsis konfransında Linköping Universitetinin beynəlxalq əlaqələr fakültəsinin tələbəsi Mahirə Muxtarlı və Stokholm Universiteti hüquq və beynəlxalq əlaqələr fakültəsinin tələbəsi Fərəc Quliyev təşkilatın Nizamnaməsini geniş ekran vasitəsilə təqdim ediblər. İştirakçıların yekdil qərarı ilə İsveç Krallığında yaşayan azərbaycanlı gənclərin yeni təşkilatı “İsveçin gənc azərbaycanlıları” adlandırılıb.

Konfransda təşkilatın İdarə Heyəti və rəmzləri təsdiqlənib. İdarə Heyətinə həm Azərbaycan Respublikasından, həm də əslən Güney Azərbaycandan olan tələbələr, eləcə də ayrı-ayrı idarələrdə, müəssisələrdə çalışan aktiv gənclər seçiliblər. Sonda isveçlilərin rəğbətini qazanmış reper Azərikim konfrans iştirakçıları qarşısında İsveç və Azərbaycan dilində çıxış edib.

Qeyd edək ki, tezliklə İsveç Krallığında İsveç Azərbaycanlıları Konqresi yaradılacaq. Konqresin ilk qurultayı bu il iyunun 5-də Stokholmun “Radisson” otelində keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR