Bank Of Baku

“Borçalı” Cəmiyyəti Tiflisdə yürüş-mitinq keçirəcək

“Borçalı” Cəmiyyəti Tiflisdə yürüş-mitinq keçirəcək
# 21 may 2010 11:10 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Gürcüstanda yaşayan azərbaycanlılar “Borçalı” İctimai Cəmiyyətinin təşkilatçılığı ilə mayın 26-da paytaxt Tiflisdə yürüş-mitinq keçirəcəklər. APA-nın məlumatına görə, bu barədə cəmiyyətin sədri Zəlimxan Məmmədli Bakıda keçirdiyi mətbuat konfransında məlumat verib. O, Gürcüstan tarixində ilk dəfə olaraq belə bir tədbirin keçiriləcəyinə diqqət çəkib.

Yürüş-mitinqin Gürcüstan Demokratik Respublikasının yaranmasının 82-ci ildönümü ilə bağlı olduğunu deyən Z. Məmmədli, aksiyada 3-5 min azərbaycanlının iştirakının nəzərdə tutulduğunu söyləyib. Tiflis meriyası aksiyanın keçirilməsinə razılıq verib. Azərbaycanlıların mayın 26-da Tiflisdəki “Meydan” adlanan ərazidə toplaşması, Leselidze küçəsi ilə hərəkət etməsi və parlament binasına qədər yürüş etməsi nəzərdə tutulub.

Z. Məmmədli aksiyada “Borçalı türkləri öz vətənlərinə sadiqdir!”, “Yaşasın demokratik Gürcüstan!”, “Yaşasın vahid Gürcüstan!” və digər şüarlar səsləndiriləcəyini açıqlayıb: “Bu aksiya Borçalı türklərini Gürcüstanın siyasi elitası ilə sıx yaxınlaşdıracaq, qarşılıqlı inteqrasiya prosesini sürətləndirəcək, regionda etnik konfliktlərin həll olunmasını asanlaşdıran psixoloji mühit formalaşdıracaq, Borçalı türklərində Gürcüstan dövlətçiliyi şurunun artmasına yardımçı olacaq. Azərbaycan da, Gürcüstan da daim etnik separatizmdən əziyyət çəkib. Biz separatçılığın əleyhinəyik. Ona görə də fəaliyyətimizi bu istiqamətdə qurmuşuq”.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR