Bank Of Baku

Krımın azərbaycanlı icması Ujqorod Şəhər Şurasının qondarma “erməni soyqırımı”nı tanımaq qərarını pisləyir

Krımın azərbaycanlı icması Ujqorod Şəhər Şurasının qondarma “erməni soyqırımı”nı tanımaq qərarını pisləyir
# 21 may 2010 12:59 (UTC +04:00)
Krım-APA. “Krımın Azərbaycanlı İcması” İctimai Birliyinin sədri Rəhim Hümbətov Ujqorod şəhər meri Sergey Ratuşnyaka Uşqorod Şəhər Şurasının qondarma “erməni soyqırımı”nı tanıması ilə bağlı məktub göndərib. Rəhim Hümbətovun APA-ya verdiyi məlumata görə, məktubda Ujqorod rəhbərliyinin diqqəti qəbul olunan qərarın qanunsuz olduğuna yönəldilir: “Çünki Ujqorod Şəhər Şurası yerli idarəetmə orqanı kimi Ukrayna Konstitusiyası və qanunları çərçivəsində yalnız yerli əhəmiyyətli məsələlərlə bağlı müstəqil qərar vermək imkanına malikdir. Açıq-aşkar görünür ki, Ujqorod Şəhər Şurası bu qərarı qəbul etməklə səlahiyyətlərini aşıb. Həmçinin qəbul olunan qərarın Ukraynanın dövlət maraqlarına zidd olduğunu da göz qabağındadır”. Məktubda Dağlıq Qarabağ münaqişəsi zamanı ermənilərin Xocalıda dinc sakinlərə qarşı soyqırımı törətdiyi bildirilir və bu soyqırımı haqqında çoxlu sayda film çəkildiyi, kitab və məqalələrin yazıldığı vurğulanır. Rəhim Hümbətov Ujqorod Şəhər Şurasından Xocalı soyqırımını da insanlığa qarşı cinayət kimi tanımağı, Ukrayna prezidentinə və Ali Radaya müraciət edərək Azərbaycan xalqını bu məsələdə dəstəkləməyi xahiş edib.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR