Bank Of Baku

İslandiyada Azərbaycan mədəniyyəti gecəsi keçiriləcək

İslandiyada Azərbaycan mədəniyyəti gecəsi keçiriləcək
# 24 may 2010 13:45 (UTC +04:00)
Bakı-APA. İyunun 16-da İslandiyanın paytaxtı Reykyavikdə Azərbaycan mədəniyyəti gecəsi keçiriləcək. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbir Azərbaycan Respublikasının Böyük Britaniyadakı səfirliyi və Avropa Azərbaycan Cəmiyyətinin təşkilatçılığı ilə baş tutacaq. Gecədə Azərbaycanın Böyük Britaniyadakı səfiri Fəxrəddin Qurbanov, İslandiyadakı Azərbaycan diasporunun rəhbəri Zakir Con Həsənov çıxış edəcəklər. Tədbirdə İslandiya parlamentinin deputatları, ABŞ, Almaniya, Fransa, Kanada, Çin, Danimarka, Finlandiya, Yaponiya, Rusiya, İsveçrə, Niderland və digər bir neçə ölkənin İslandiyadakı səfirləri, eləcə də gürcü diasporunun fəalları, bu ölkədəki müsəlman icmasının başçısı da dəvət olunub. Gecədə əsasən Azərbaycan klassik musiqisi təqdim olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR