Bank Of Baku

Nyu-Yorkda ənənəvi “Türk günü” münasibətilə ilə yürüş keçirilib - FOTOSESSİYA

Nyu-Yorkda ənənəvi “Türk günü” münasibətilə ilə yürüş keçirilib - <font color=red>FOTOSESSİYA</font>
# 24 may 2010 16:58 (UTC +04:00)
Aksiyada iştirak edən deputat Baba Tağıyev APA-ya açıqlamasında 29 il əvvəl ermənilərin dünyada türk diplomatlarına qarşı başlanan terror aktlarının qarşısını almaq və dünya ictimaiyyətinin diqqətini erməni terroruna yönəltmək üçün Amerikada türklərin qeyri hökumət təşkilatlarının “Türk günü”nü təsis etdiyini deyib. Onun sözlərinə görə,
Amerika-Türkiyə Dostluq Dərnəkləri Federasiyasının təsis etdiyi bu gün hər il Nyu-Yorkda böyük təntənə ilə qeyd olunur: “Bu il Nyu-York şəhərinin merinin də qatıldığı bu tədbirdə siyasi mesajlarla yanaşı, həm də mədəniyyətlə bağlı da şüarlar səsləndirildi. Bu tədbirdə Türkiyənin milli futbol komandasının üzvləri, tanınmış sənətçilər və siyasətçilər iştirak edirdilər. Aksiyada Türkiyə baş nazirinin müavini və hökumət sözçüsü Cəmil Çiçək, Türkiyənin ABŞ-a yeni təyin etdiyi səfir Namik Tan, Türkiyə parlamentinin beynəlxalq əlaqələr komitəsinin sədri Murad Mərcan və başqa şəxslər iştirak edirdi” .

Onun sözlərinə görə, Azərbaycan nümayəndə heyətinin iştirak etdiyi festivalda erməni yalanları ilə bağlı, Qarabağda baş verən terrorlar haqında məlumatlar verilib.

B. Tağıyev aksiyada deputat həmkarı Sabir Rüstəmxanlının da iştirak etdiyini deyib.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR