Bank Of Baku

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Belçika Senatının üzvü ilə görüşüb

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Belçika Senatının üzvü ilə görüşüb
# 25 may 2010 14:39 (UTC +04:00)
Bakı – APA. Mayın 25-də Diasporla İş üzrə Dövlət Komitəsi sədri Nazim İbrahimov Azərbaycanda səfərdə olan Belçika Senatının fəxri prezidenti və indi müstəqil senator olan Ann Mari Lizinlə görüşüb. Komitənin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, N. İbrahimov Belçikadakı Azərbaycan diasporunun inkişaf perspektivləri, onların yerli cəmiyyətə inteqrasiyası, Azərbaycan haqqında daha geniş və dolğun məlumatların, eləcə də Dağlıq Qarabağ münaqişəsi ilə bağlı əsl həqiqətlərin Belçika ictimaiyyətinə çatdırılması üçün daha da fəallıq göstərməyin zəruriliyi və digər məsələlər barədə danışıb.

Xanım A. M. Lizin isə Azərbaycanda gördüyü iqtisadi inkişafı, dəyişiklikləri yüksək qiymətləndirdiyini bildirib. Dağlıq Qarabağ münaqişəsi ilə yaxından maraqlandığını deyən belçikalı senator hesab edir ki, onun yaşadığı cəmiyyətdə Azərbaycan haqqında, xüsusilə də Qarabağ gerçəklikləri haqqında geniş təbliğat aparılmasına ehtiyac var.

Görüşdə Belçikanın Azərbaycandakı səfiri Filip Jettard da iştirak edib.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR