Bank Of Baku

Almaniyada fəaliyyət göstərən Azərbaycanlı Tələbələr və Elmi İşçilər Birliyi forum keçirəcək

Almaniyada fəaliyyət göstərən Azərbaycanlı Tələbələr və Elmi İşçilər Birliyi forum keçirəcək
# 25 may 2010 14:44 (UTC +04:00)
Diasporla İş üzrə Dövlət Komitəsindən APA-ya verilən xəbərə görə, “Almaniyada yaşayan azərbaycanlı tələbələr və elmi işçilər ili” adı ilə keçiriləcək 3 günlük forumun ilk gününün əsas mövzusu Azərbaycan Xalq Cümhuriyyətinin yaranması olacaq. Mövzu çərçivəsində cümhuriyyətin qurucuları haqqında iştirakçılara məlumat veriləcək, Azərbaycan tarixinin bu şanlı səhifəsi ilə bağlı fikir mübadiləsi aparılacaq. Həmin gün forumun rəsmi hissəsindən sonra 28 May – Respublika Günü qeyd olunacaq.

Forumun ikinci günündə Almaniyada təhsil, iş, karyera imkanları, inteqrasiya və digər mövzularda tələbə və doktorantların məruzələri dinləniləcək, gələcək layihələr haqqında diskussiyalar aparılacaq. Müzakirələr zamanı Almaniya vətəndaşı olan azərbaycanlılar öz təcrübələri gənclərlə bölüşəcəklər.

Forumun sonuncu günündə ATEİB-nin illik toplantısı keçiriləcək. Toplantıda indiyə kimi görülən işlər haqqında hesabat veriləcək və İdarə Heyəti seçkilər vasitəsilə yenidən formalaşdırılacaq. Seçiləcək yeni İH növbəti illərin iş planını müzakirəyə çıxaracaq və təsdiqləyəcək.

Xatırladaq ki, ATEİB Almaniyanın Frayberq şəhərində 2009-cu il yanvarın 12-də rəsmi qeydiyyatdan keçmiş QHT olaraq fəaliyyət göstərir. Birliyin rəsmi saytı www.vasw.de iki dildə - həm Azərbaycan, həm də alman dilində fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR