Latviya parlamentinin üzvü Oskars Kastens: “Avropa Parlamentinin qəbul etdiyi sənəd Azərbaycanın Avropa Birliyi ilə əməkdaşlığı baxımından proqressiv əhəmiyyət kəsb edir”
Tədbirdə Latviya parlamentinin deputatları da iştirak ediblər. Deputat Boris Tsileviç öz çıxışında Azərbaycanın iqtisadi və humanitar inkişafından, Ermənistanın Azərbaycanın ərazisinin 20 faizini işğal etməsindən və qaçqınların problemlərinin müvəffəqiyyətlə həllindən danışıb: “Bunlar Azərbaycanın iqtisadi resurslarını düzgün istiqamətə yönəldilməsinin və Azərbaycan xalqının rifahı naminə görülən işlərin nəticəsidir. Şübhəsiz Azərbaycanın Avropa Birliyinə inteqrasiyasını biz hər zaman dəstəkləyirik və bundan sonra da hər bir dəstəyi göstərməyə hazırıq. Latviyadakı azərbaycanlılar Avropa Birliyinin siyasəti ilə bağlı bizim müxtəlif ictimai təşkilatlarla apardığımız müzakirələrdə fəallıq göstərirlər, bu da Azərbaycanın Avropa ilə əlaqələrinin möhkəmlənməsində, Dağlıq Qarabağ münaqişəsinin həllinin tezləşdirilməsində rol oynaya bilər”.
Deputat Oskars Kastens öz çıxışında bu il mayın 20-də Avropa Parlamentinin qəbul etdiyi qətnaməyə xüsusi diqqət çəkərək bildirib ki, bu sənəd Azərbaycanın Avropa Birliyi ilə əməkdaşlığı baxımından proqressiv mahiyyət kəsb edir. Deputat Avropa Birliyində, Belçika və Strasburqda yerləşən digər Avropa strukturlarında təmsil olunan Latviya nümayəndələrini Azərbaycanın mövqelərini daha fəal dəstəkləməyə çağırıb. Onun fikrincə, bu istiqamətdə Latviyada yaşayan azərbaycanlıların da həm Latviya Seyminin, həm Azərbaycan Milli Məclisinin deputatları, həm də digər müvafiq strukturlarla əməkdaşlığı vacibdir.
Latviya Ədliyyə Nazirliyinin nümayəndəsi İrina Vasilyeva “Ocaq” cəmiyyətinə onun ölkənin ictimai-siyasi, mədəni həyatında fəallığına və keçirdiyi bu cür ciddi tədbirlərə görə minnətdarlığını bildirib. O ölkədəki milli azlıqların, digər xalqların icmalarının yaratdığı təşkilatların fəaliyyəti haqqında da məlumat verib.
Riqa Dumasının təhsil idarəsinin rəisi İvars Balamovskis “Ocaq” cəmiyyətinin latışlar və digər milli azlıqların nümayəndələri ilə əlaqələrini və Azərbaycan Bazar günü məktəblərinin təşkilini yüksək qiymətləndirib: “Sizin alimləriniz, iş adamlarınız, tələbələriniz və müəllimləriniz milli azlıqların təhsil planının reallaşmasında və multi-mədəniyyət dialoqunun möhkəmlənməsində Riqa Dumasına hər zaman dəstək olublar”.
Latviya-Azərbaycan Cəmiyyətinin fəalları Eldəniz Medov, Adıgözəl Məmmədov və Aydın Əsgərov öz çıxışlarında bildiriblər ki, onların başlıca vəzifəsi həm Latviya vətəndaşları, həm də bu ölkədə yaşayan digər xalqlarla qarşılıqlı hörmət və tolerant şəraitdə yaşamaqdır. Tədbirdə DİDK-nin şöbə müdiri Surəddin Hümbətov diaspor təşkilatlarının inteqrasiya proseslərində rolu mövzusunda çıxış edib.
Xəbər Lenti
Şimali Kipr sahillərində sərnişin gəmisi batıb
“Qalatasaray” Rafael Leaonu transfer etdiyini açıqlayıb
İtkinlərin taleyi: Azərbaycanın ədalət və humanitar gündəliyinin açıq qalan səhifəsi - TƏHLİL
Sabah İstanbulda Məkkə Strateji Siyasi və Müdafiə Komitəsinin ilk iclası keçiriləcək
Hikmət Hacıyev: Bu günədək 32 kütləvi məzarlıq aşkar edilib
Gədəbəydə avtomobil körpüdən aşıb, xəsarət alanlar var
Prezidentin köməkçisi: Azərbaycan üçün itkin düşmüş şəxslərin taleyi humanitar və milli əhəmiyyətli məsələ olaraq qalır
Rusiyanın Buçaya hücumu nəticəsində ölənlərin sayı 38 nəfərə çatıb
Makronun reytinqi 21 faizə düşüb
Sabah yağış yağacaq, leysan olacaq
Zaporojye AES-də təhlükəli durum barədə xəbərdarlıq edilib
Yaponiyada güclü yağışla bağlı xəbərdarlıq elan edilib
Delsi Rodrigez Venesuela ilə ABŞ arasında 25 illik neft sazişinin detallarını açıqlayıb
ABŞ İnstitutu: Rusiya Ordusu Ukraynada Slavyansk istiqamətində hücuma hazırlaşır
Dağlıq və dağətəyi rayonlarda yağış yağıb, qısamüddətli leysan olub
Axios: MKİ direktoru Tramp-Putin-Zelenski görüşünün keçirilməsini təklif edib
Azərbaycan XİN Zəfər bayramı münasibətilə Türkiyə xalqını və dövlətini təbrik edib
FHN gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
Ararat Mirzoyan erməni diplomatlarla birgə Ermənistan-Türkiyə sərhəd-keçid məntəqəsinə baş çəkib
Gürcüstan-Moskva marşrut avtobusu qəzaya uğrayıb, 5 nəfər ölüb, 38 nəfər xəsarət alıb
Ukrayna Ordusu Rusiyada hərbi aerodroma və neft emalı zavoduna zərbə endirib
Nepalda daşqın nəticəsində ölənlərin sayı 734 nəfərə çatıb
Nigerdə hərbi qiyamın qarşısı alınıb
DSX: Şəkidə dağlıq ərazidə itlərin ağır yaraladığı Niderland vətəndaşı təxliyə edilib - VİDEO
Filippində musson yağışları və tayfunlar 32 nəfərin ölümünə səbəb olub
Tibetdə torpaq sürüşməsi nəticəsində 261 əcnəbi itkin düşüb
Telegraph: Rusiya “Bandеrol” raketləri ilə Ukraynanın Qara dəniz limanlarını bloklayıb
İspaniya Seutadakı miqrantlarla bağlı Aİ-dən yardım istəyib
Tusk: Rusiya yeni eskalasiyaya hazırlaşır, Ukraynanın HHM sistemləri gücləndirilməlidir
ABŞ-ın “Covenant” şirkəti Almaniyada raket istehsalına başlamağı planlaşdırır
Rumıniya pandemiyadan sonra bərpa üçün Aİ vəsaitlərinin 770 milyon avrosunu itirə bilər
Fransa yeni nəsil qırıcı təyyarənin yaradılmasında İsveçlə əməkdaşlığa hazırdır
"Siemens" rəhbəri Aİ-nin Çinə qarşı genişmiqyaslı tariflərinə qarşı çıxıb
Robert Fitso: Aİ-nin Ukraynaya dəstəyi strateji səhvdir
WSJ: ABŞ Yaxın Şərqə silah göndərməklə Avropa və Asiyadakı arsenallarını tükədib
Netanyahunun oğlu ABŞ-dan İsrailə təcili təxliyə edilib
Danimarka hərbi xidmət yaşında olan ukraynalılara yaşayış icazəsi verməyi dayandırıb
Türkiyə Super Liqası: “Qalatasaray” öz meydanında çətin qələbə qazanıb
Sabirabadda 2 yaşlı uşaq gölməçədə boğularaq ölüb
ABŞ gübrə çatışmazlığı səbəbindən ərzaq böhranı ilə üzləşə bilər
Türkiyə və Somali piratlara qarşı birgə əməliyyat keçirib, 14 nəfər öldürülüb
KİV: Merz seçkilər öncəsi Rusiyaya qarşı Aİ-dən ayrıca sanksiyalar tətbiq edəcək
Türkiyənin səhiyyə naziri: Cem Yılmazın vəziyyəti yaxşıdır, müalicəsi davam edir - YENİLƏNİB
Politico: Rusiya Kiyevə və Çerniqova quru hücumlarına hazırlaşır
Kürdəmirdə yol qəzasında 5 nəfər xəsarət alıb
"Manset.az" xəbər portalının yerləşdiyi redaksiya binasında yanğın baş verib - FOTO
Qrossi: AEBA Zaporojye AES ətrafında yeni atəşkəs zonası yaratmağa çalışır
Pit Heqset ABŞ prezidentliyinə namizədliyini irəli sürməyəcəyini bildirib
MEDİA: “Ajmedia.news” Media Reyestrində yoxdur və fəaliyyəti qanunsuz hesab edilib
Fransa ABŞ-ın “azad müttəfiqi” olduğunu açıqlayıb