Bank Of Baku

Tiflisdə Azərbaycanın və Gürcüstanın müstəqillik gününə həsr olunan tədbir keçirilib

Tiflisdə  Azərbaycanın və Gürcüstanın müstəqillik gününə həsr olunan tədbir keçirilib
# 27 may 2010 14:04 (UTC +04:00)
Bakı-APA. Tiflisdə Gürcüstanın Azərbaycanlı Gənclərinin İttifaqının təşkilatçılığı ilə Azərbaycanın və Gürcüstanın dövlət müstəqilliyi gününə həsr olunmuş tədbir keçirib. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbirdə Gürcüstanın müxtəlif bölgələrindən gənclərlə çalışan QHT-in nümayəndələri, ali məktəb tələbələri, orta məktəblərin yuxarı sinif şagirdləri iştirak ediblər. Gənclər öncə Tiflisdə Gürcüstanın müstəqilliyi uğrunda həlak olanların xatirəsinə salınmış Qəhrəmanlar Meydanındakı abidəni ziyarət ediblər. Burada Qardabani rayon Qaratəhlə məktəbindəki gürcü dili kurslarının müəllimi Zairə Allahyarova Gürcüstanın müstəqillik tarixindən danışıb. Tədbir iştirakçıları Heydər Əliyevin büstü önünə də gül dəstələri qoyublar. Büstü ziyarət edən gənclərə Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin qorunub saxlanması, möhkəmləndirilməsi məqsədilə göstərdiyi tarixi xidmətlər haqqında ətraflı məlumat verilib. Tədbir iştirakçıları, həmçinin Nəbadət Bağında Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən olan Fətəli Xan Xoyskinin və Həsən Bəy Ağayevin məzarlarını ziyarət ediblər.
Müstəqillik günü ilə bağlı olan tədbirdə çıxış edən Gürcüstanın Azərbaycanlı Gəncləri İttifaqının sədri Leyla Məmmədova həm Gürcüstanın, həm də Azərbaycanın müstəqillik aktları, hər iki sənədin məhz Tiflisdə elan olunması barədə danışıb.
Gürcüstanın Tarixçilər Assosiasiyasının üzvü Nərgiz Nəbiyeva Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının tarixindən danışıb. Elmi Araşdırmalar Assosiasiyasının prezidenti Ehtiram Əmirxanlı isə bildirib ki, 1918-ci ildə Gürcüstanın və Azərbaycanın müstəqillik tarixi eyni yoldan keçib və tarixən dost olan gürcü və Azərbaycan xalqlarının müstəqillik taleləri də eyni olub. “Ziya” qəzetinin baş redaktoru Nizami Məmmədzadə öz çıxışında deyib ki, hər iki ölkənin tarixi gənclərimizə mükəmməl tədris olunmalıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR