Bank Of Baku

Azərbaycan Kültür Dərnəyinin üzvləri M.Ə.Rəsulzadənin məzarını ziyarət edib

Azərbaycan Kültür Dərnəyinin üzvləri M.Ə.Rəsulzadənin məzarını ziyarət edib
# 28 may 2010 14:48 (UTC +04:00)
Ankara. Mais Əlizadə – APA. Türkiyədə fəaliyyət göstərən Azərbaycan Kültür Dərnəyi bu ölkənin paytaxtı Ankarada M.Ə.Rəsulzadənin məzarını ziyarət edib. Azərbaycan Kültür Dərnəyindən APA-ya verilən məlumata görə, mərasimdə dərnəyin baş katibi Tuncər Kırhan bildirib ki, Məhəmməd Əmin Rəsulzadənın başçılığı altında müsəlman şərqində ilk demokratik dövlət quruluşuna məxsus dövlət qurulub. M.Ə.Rəsulzadəni türk dünyası üçün önəmli şəxsiyyətlərdən hesab edən T.Kırhan iki ölkə arasında əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb: “Rəsulzadənin meydana qoyduğu dünyəvilik, demokratiya və qadın haqları prinsiplərinin bu gün Türkiyə üçün nə qədər böyük əhəmiyyət kəsb etdiyini görürük. Lakin bu gün Türkiyədə xalq Azərbaycanla bağlı çox az məlumatlıdır. Burada Azərbaycanı neft istehsalçısı və musiqisi olan bir ölkə kimi tanıyırlar. Halbuki Türkiyədə Azərbaycanın sənayesi, mədəniyyəti və bütün digər dəyərləri insanlarımıza yaxşı tanıdılmalıdır. Bunu ilk növbədə Azərbaycanın xaricdəki missiyaları həyata keçirməlidir”.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR