Bank Of Baku

Azərbaycanın Ukraynadakı səfirliyində 28 May – Respublika günü münasibətilə bayram tədbiri keçirilib

Azərbaycanın Ukraynadakı səfirliyində 28 May – Respublika günü münasibətilə bayram tədbiri keçirilib
# 28 may 2010 16:46 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Kiyevdə Ukrayna Azərbaycanlıları Konqresinin (UAK) təşəbbüsü ilə 28 May – Respublika günü münasibətilə Azərbaycanın bu ölkədə yerləşən səfirliyində bayram tədbiri keçirilib.

Konqresin Krım təşkilatı və Krım Azərbaycanlıları Cəmiyyətinin rəhbəri Rəhim Hümbətovun APA-ya verdiyi məlumata görə, Azərbaycanın bu ölkədəki səfirliyində keçirilən tədbirdə çıxış edən UAK-ın sədri Akif Gülməmmədov Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının tarixi əhəmiyyətindən danışıb.

Tədbirdə digər çıxış edənlər isə azərbaycanlıların xarici ölkələrdə Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində görülməsi vacib olan işlərdən haqda öz fikirlərini söyləyiblər.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR