Bank Of Baku

Osloda «Qarabağ» rəqsi ifa olunub - FOTOSESSİYA

Osloda «Qarabağ» rəqsi ifa olunub - <font color=red>FOTOSESSİYA</font>
# 28 may 2010 21:01 (UTC +04:00)
Oslo. Ülkər Qasımova – APA. Bu gün Norveçin paytaxtı Oslo şəhərində Azərbaycanın Respublika günü münasibəti ilə bayram konserti keçirilib. APA-nın Norveçə ezam olunmuş müxbirinin məlumatına görə, açıq hava altında keçirilən bayram konsertində maraqlı və yaddaqalan çıxışlar olub. Konsert Norveç-Azərbaycan Gənclər Təşkilatı (NAYO) və Mədəniyyət və Turizm Nazirliyinin birgə təşkilatçılığı ilə baş tutub. Tədbirdə çıxış edən Rafael Allahverdiyev, NAYO-nun sədri Ramil Əliyev Azərbaycan Respublika günü münasibəti ilə konsert izləyən çoxsaylı insanlara məlumat veriblər. Hər iki çıxışçı Azərbaycan xalqını bu bayram münasibəti ilə təbrik edib. Konsertdə Norveçdə səfərdə olan Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov, İctimai Televiziya və Radio Verilişləri Şirkətinin (İTV) sədri İsmayıl Ömərov da qonaq qismində qatılıblar. Konsertin aparıcılıq missiyasını “Eurovision-2010” müsabiqəsinin Azərbaycan üzrə şərhçisi Hüsniyə Məhərrəmova həyata keçirib. Bayram tədbirində ilk öncə səhnəyə sabah “Eurovision-2010” mahnı müsabiqəsinin finalında Azərbaycan təmsil edəcək Səfurə Əlizadə çıxıb. Dünən finala vəsiqə qazanan təmsilçimiz elə Azərbaycanın Respublika Günündə də sevilən “Drip drop” mahnısını ifa edib. Natiq Şirinovun rəhbərlik etdiyi “Natiq” ritm qrupunun çıxışı da maraqla qarşılanıb. Konsertdə “Eurovision-2009” müsabiqəsində Azərbaycanı təmsil edən və üçüncülük qazanan Aysel Teymurzadənin ifasında üç mahnı - “Always”, “Fallin” və “Say may be” mahnıları sürəkli alqışlar və “bravo” sədaları altında səslənib. Azərbayucan Dövlət Rəqs Ansamblının üzvlərinin “Qarabağ” rəqsini ifa etmələri Azərbaycanın Respublika Gününə təşrif buyurmuş Norveçdə yaşayan azərbaycanlıların, eləcə də çoxsaylı xarici vətəndaşların ürəyindən xəbər verib. Xalq artisti Brilliant Dadaşovanın milli geyimdə Azərbaycanın milli musiqi aləti balabanın müşayiəti ilə bir neçə dəqiqəlik çıxışı da ürəkləri riqqətə gətirib.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR