Bank Of Baku

Los-Ancelesdə 28 may – Respublika Gününə həsr olunmuş təntənəli qəbul keçirilib - FOTOSESSİYA

Los-Ancelesdə 28 may – Respublika Gününə həsr olunmuş təntənəli qəbul keçirilib - <font color=red>FOTOSESSİYA</font>
# 31 may 2010 08:53 (UTC +04:00)
Los-Anceles - APA. ABŞ-ın Los-Anceles şəhərində Azərbaycan Baş Konsulluğunun təşkilatçılığı ilə 28 may – Respublika Gününə həsr olunmuş təntənəli qəbul keçirilib. Baş Konsulluqdan APA-ya verilən məlumata görə, tədbirdə Kaliforniya ştatının dövlət orqanlarının, diplomatik korpusun və ictimaiyyətin, o cümlədən Azərbaycan, Türkiyə, Gürcüstan, İran və yəhudi icmasının 400-ə yaxın nümayəndəsi iştirak edib. Mərasim amerikalı soprano Demetra Corc-Mustafaoğlunun ifasında Azərbaycan və ABŞ-ın dövlət himnlərinin oxunması ilə başlayıb.

Tədbirin rəsmi hissəsində Los-Anceles dairəsinin şerifi Leroy Baka çıxış edib. O, Azərbaycana son səfəri ilə bağlı təəssüratlarını bölüşərək Azərbaycanın inkişaf tempini yüksək qiymətləndirib. Şerif Dağlıq Qarabağ münaqişəsinin tezliklə həllinə ümidini ifadə edib. Şəhər Şurasının sədri Cen Perri mer Antonio Villaraiqos və şura üzvlərinin Azərbaycanın Respublika Günü münasibətilə imzaladıqları bəyannaməni oxuyub. Protokol xidmətinin rəhbəri Lurdes Saab Dairə Rəhbərləri Şurasının bəyannaməsini iştirakçıların nəzərinə çatdırıb. Kaliforniya qubernatoru Arnold Şvartsenegger, digər qərb ştatlarının qubernatorları və Monterrey şəhər merinin təbriki də oxunub. Beverli Hills meri Cimmi Dilşadın təbrik nitqindən sonra baş konsul Elin Süleymanov çıxış edib. O, Baş Konsulluq adından bir sıra şəxslərə mükafatlar təqdim edib.

Tədbir bədii hissə ilə başa çatıb.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR