Bank Of Baku

Azərbaycan Demokratik Respublikasının yaradılmasının 92-ci ildönümü münasibəti ilə Nyu-Yorkda silsilə tədbirlər keçirilib - FOTOSESSİYA

Azərbaycan Demokratik Respublikasının yaradılmasının 92-ci ildönümü münasibəti ilə Nyu-Yorkda silsilə tədbirlər keçirilib - <font color=red>FOTOSESSİYA</font>
# 31 may 2010 11:13 (UTC +04:00)
Bakı-APA. Azərbaycan Demokratik Respublikasının (ADR) yaradılmasının 92-ci ildönümü münasibəti ilə Nyu-Yorkda silsilə tədbirlər keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, mayın 24-də Azərbaycan Respublikasının BMT yanında Daimi Nümayəndəliyi Nyu- Yorkda rəsmi ziyafət təşkil edib. Ziyafətdə BMT rəhbərliyinin nümayəndələri, üzv dövlətlərin BMT yanında Daimi Nümayəndəliklərinin rəhbərləri, ABŞ-da fəaliyyət göstərən Azərbaycan icmasının nümayəndələri, Azərbaycan Respublikasının BMT yanında Daimi Nümayəndəliyinin əməkdaşları iştirak ediblər. Mayın 27-də Nyu Yorkda akkreditə edilmiş diplomatik korpusun nümayəndələri Azərbaycan Respublikasının BMT yanında Daimi nümayəndəsi, fövqəladə və səlahiyyətli səfir Aqşin Mehdiyevə təbrik məktubları ünvanlayıb və bayram münasibətilə Azərbaycan rəhbərliyinə və xalqına xoş arzularını ifadə ediblər.
Mayın 28-də Nyu-Yorkun mərkəzi “Wall Street” meydanında Azərbaycan Respublikasının Dövlət Bayrağının ucaldılması mərasimi keçirilib. Tədbiri Amerika-Azərbaycan Cəmiyyəti təşkil edib. Mərasimdə Azərbaycan Respublikasının BMT yanında Daimi Nümayəndəliyinin müşaviri Tofiq Musayev, Amerika-Azərbaycan Cəmiyyətinin sədri Tomris Azəri, Türkiyənin Nyu-Yorkdakı Konsulunun müavini Ayşə Üzer, İsrailin Nyu Yorkdakı baş konsulunun müavini Benjamin Krasna çıxış ediblər. Tədbirdə Nyu-York qubernatoru administrasiyasının nümayəndəsi qubernator David Patersonun təbrikini oxuyub və onun imzaladığı xüsusi Bəyannaməni təqdim edib. Daha sonra Amerika və Azərbaycan dövlət himnləri səsləndirilib və hər iki dövlətin bayraqları ucaldılıb. Tədbirdə Azərbaycan Respublikasının BMT yanında Daimi Nümayəndəliyinin əməkdaşları, Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndələri, ABŞ-da fəaliyyət göstərən Azərbaycan, türk və yəhudi icmalarının rəhbərliyi və üzvləri iştirak ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR