Bank Of Baku

Krımdakı Azərbaycan icması Sevastopol şəhər administrasiyasına təşəkkür məktubu göndərib

Krımdakı Azərbaycan icması Sevastopol şəhər administrasiyasına təşəkkür məktubu göndərib
# 31 may 2010 13:07 (UTC +04:00)
Bakı-APA. Krımdakı Azərbaycan icması Sevastopol şəhər administrasiyasının rəhbəri Valeri Saratova təşəkkür məktubu göndərib. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, məktubda ötən il Sevastopolun azadlığı uğrunda döyüşlərdə həlak olmuş azərbaycanlı döyüşçülərin şərəfinə ucaldılmış abidənin bərpa olunmasına görə şəhər rəhbərliyinə azərbaycanlılar adından təşəkkür bildirilir. İcmanın məktubunda, həmçinin Sevastopol administrasiyasının xatirə kompleksinin yenidən qurulması ilə bağlı üzərinə götürdüyü öhdəliyi yerinə yerəcəyinə ümid ifadə olunur.
Krımdakı Azərbaycan icması Ukrayna prezidentinin Krım üzrə səlahiyyətli nümayəndəsi Sergey Kunitsına da abidənin bərpasında şəxsən iştirakına görə təşəkkür məktubu ünvanlayıb.
Qeyd edək ki, Sergey Kunitsın bu vəzifəyə təyin edilməmişdən əvvəl Sevastopol şəhər administrasiyasının rəhbəri olub.
Xatırladaq ki, azərbaycanlı döyüşçülərdən ibarət olmuş 77-ci diviziyanın xatirəsinə ucaldılmış abidə ötən ilin oktyabrında dağıdılıb. Abidə bu il mayın 9-dək bərpa olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR