Ankarada Dağlıq Qarabağ probleminə həsr olunmuş beynəlxalq konfrans keçirilib
Konfransı giriş sözü ilə açan TÜRKSAM başqanı Sinan Oğan tədbirin əhəmiyyətindən danışaraq bunları bildirib: “Türkiyədə Dağlıq Qarabağ problemi ilə bağlı ilk dəfədir ki, hər iki qardaş ölkənin QHT-ləri belə bir formatda konfrans keçirirlər. Konfransın TÜRKSAM-da keçirilməsinin də böyük əhəmiyyəti var. Çünki TÜRKSAM-da bütün Türkiyədə fəaliyyət göstərən Strateji və Analitik Mərkəzlər bir araya gələrək, Koordinasiya Şurası yaradıblar. Ona görə də bu mərkəzdən çıxan hər bir sənəd beynəlxalq dairələrdə çox ciddi təsirə malik olur”.
ATXƏM-in sədri İlham İsmayılov öz çıxışında bildirib ki, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı problemi kökləri tarixin dərinliklərində və böyük güclərin bölgə ilə bağlı maraqlarında yatan, eyni zamanda ermənilərin “dənizdən dənizə böyük Ermənistan” xülyasından qaynaqlanan bir problemdir. İlham İsmayılov qeyd edib ki, indiyə qədər BMT Təhlükəsizlik Şurası Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 822, 853, 874 və 884 saylı qətnamələr qəbul edib. Avropa Şurası Parlament Assambleyası (AŞ PA) 2005-ci ilin qış sessiyasında “ATƏT-in Minsk qrupuun məşğul olduğu Dağlıq Qarabağ münaqişəsi” adlı 1416 saylı qətnamə qəbul edib. Bu qərarlarda işğal edilmiş Azərbaycan ərazilərinin qeyd-şərtsiz və dərhal boşaldılmasının zəruriliyi vurğulanıb. 2008-ci ildə BMT-nin Baş Assambleyası “Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət” adlı qərar layihəsini müzakirə edərək, 9 bənddən ibarət qətnamə çıxarıb, Azərbaycanın ərazi bütövlüyünə dəstək verib. Lakin, Ermənistan hələ də beynəlxalq qurumların bu qərarlarına hörmət qoymur, öz işğalçılıq siyasətini davam etdirir. İ.İsmayılov deyib ki, Dağlıq Qarabağ probleminin ədalətli həlli üçün Azərbaycana beynəlxalq dəstək verilməsi vacibdir.
Konfransda Türkiyə Böyük Millət Məclisinin İnsan Hüquqları komisiyasının üzvü, millət vəkili Şenol Bal və Bakı Dövlət Universitetinin professoru Musa Qasımlı da məruzə ilə çıxış edərək, Dağlıq Qarabağ probleminin həllində Türk xalqlarının vahid mövqe nümayiş etdirmələrinin zərurətindən danışıblar.
Konfransda “Ermənistan-Azərbaycan münaqişəsi barədə həqiqətlərin dünyaya çatdırılmasında diaspor və QHT-lərin əməkdaşlığı” mövzusunda məruzə ilə çıxış edən Diasporla İş üzrə Dövlət Komitəsi şöbə müdirinin müavini Elnar Məmmədov Ermənistanın Azərbaycana hərbi təcavüzünün nəticələri, Azərbaycanın bu məsələdə tutduğu mövqe, Prezident İlham Əliyevin “Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır və bu həqiqət heç vaxt dəyişməyəcək” bəyanatı barədə ətraflı məlumat verib, Türkiyə və Azərbaycan diaspor təşkilatlarının QHT-lərlə əməkdaşlığında bu məsələlərin nəzərə alınmasının zəruriliyini bildirib.
Azərbaycan Müəllif Hüquqları Agentliyinin əməkdaşı Araz Qurbanov, Türkiyə Strateji və Sosial Araşdırmalar Vakfı başkanı Şamil Ayrım və digərləri də çıxış edərək, problemin həllində bütün türk xalqlarının ortaq mövqedən çıxış etmələrinin əhəmiyyətini vurğulayıblar.
Konfransın sonunda 150-dən çox təşkilatın adından beynəlxalq ictimaiyyətə müraciət qəbul olunub.
Xəbər Lenti
ABŞ Venesuelada 63,7 milyard barellik neft ehtiyatlarına çıxış əldə edir
CNN: Tramp administrasiyasının Rusiya ilə əməkdaşlığı Qərbin Moskvaya təzyiqini zəiflədir
Times: Britaniyada deportasiya qərarı verilmiş 20 minə yaxın əcnəbi cinayətkar qalır
Tramp: Ukrayna ilə bağlı razılaşmaya çox yaxınıq
Sandu: Moldova Rusiya qazından tamamilə imtina edib
"Nvidia" rəhbəri casusluqda şübhəli bilinən qadınla münasibətinə görə araşdırmaya cəlb olunub
Tramp öldükdən sonra cənnətə düşəcəyinə ümid edir
Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur
Rubio Əbu-Dabi danışıqlarından gözləntiləri və əsas müzakirə mövzusunu açıqlayıb
Əbu-Dabidə keçiriləcək danışıqlarda Ukrayna nümayəndə heyətinin tərkibi məlum olub
Tramp miqrantların deportasiyası siyasətinin həddindən artıq sərt olduğunu etiraf edib
“Qalatasaray”ın keçmiş futbolçusu Cevad Prekazi vəfat edib
Tramp: İranın Xəzər dənizi vasitəsilə silah daşınmasının qarşısını almaq üçün xüsusi qrup fəaliyyətə başlayıb
Gəncədə 41 yaşlı kişi bıçaqlanıb
Almaniyada tələbələr noyabrın 20-də kütləvi tətil keçirməyi planlaşdırırlar
İstanbul ve Bursada tarixi tikililər Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb
Rusiya bir gündə Ukraynaya məxsus 50 PUA-nın vurulduğunu açıqlayıb
Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə videoçarx paylaşılıb - VİDEO
Azərbaycanda Dövlət Bayrağı Günüdür
İranın Qeşm adasında 4 partlayış baş verib
İsraildə ərəb partiyaları Ayzenkotla əməkdaşlığa hazır olduqlarını açıqlayıblar
Dublində avtomobil yeniyetmələrin üzərinə sürülüb, 8 nəfər xəsarət alıb
İran ABŞ-la təmasların dayandırılmasının səbəbini açıqlayıb
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub
Tramp: İranla genişmiqyaslı müharibənin yenidən başlaması ehtimalı azdır
ABŞ Konqresində demokratların lideri Pentaqon rəhbərinin impiçmentini dəstəkləyib
Al Arabiya: İraq nümayəndə heyəti ABŞ-ın mesajını İrana çatdırıb
Əraqçi: İran ABŞ-a Hörmüz boğazı ilə bağlı şərt qoyub
Naxçıvanda Zəfər Gününün 6 illiyi münasibətilə konsert və atəşfəşanlıq təşkil olunub
Xankəndidə Zəfər Günündə bayram konserti keçirilib - FOTO
İsrail Prezidenti Qadi Ayzenkota hökuməti formalaşdırmaq mandatı verib
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO
Hulusi Kılıç: Ərdoğan və Əliyevin Şuşadan verdiyi qardaşlıq mesajı bütün Türk dünyasının qürurudur
Misirdə sərnişin qatarlarının toqquşması nəticəsində ölənlərin sayı 7-yə çatıb - YENİLƏNİB
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatıb
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO
Türkiyə mediası: Prezident İlham Əliyev COP31 sammitində iştirak edəcək
İstanbulda “15 Temmuz” körpüsündə Azərbaycan bayrağı proyeksiya olunub
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər
Azərbaycan və Türkiyə prezidentləri Xocalı şəhərində Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO - YENİLƏNİB
Yeni Zelandiyada parlament seçkilərinin qalibi müəyyənləşməyib
Türkiyə Super Liqası: “Fənərbaxça” səfərdə böyük hesablı qələbə qazanıb
Prezident İlham Əliyevin sosial media hesablarında Türkiyə Prezidenti ilə Şuşada görüşünə dair videoçarx paylaşılıb - VİDEO
Polşada 6 nəfərin öldüyü silahlı hücum terror aktı kimi araşdırılır
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır - FOTO
İranda partlayışlar baş verib, Hörmüz boğazında gəmilərə hücum edilib - FOTO
Azərbaycan və Türkiyə prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTO - VİDEO - YENİLƏNİB
Qazaxda yük avtomobilinin sürücüsü sükan arxasında ölüb